Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı Türkiyədə “Xocalı soyqırımı”ndan danışdı

Fevralın 26-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, professor Vaqif Quliyev Ankara Universitetinin “Riyaziyyat” şöbəsinin keçirdiyi seminarda iştirak edərək, “Xocalı soyqırımı” haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bu gün Xocalının işğalından 22 il ötdüyünü bildirən professor soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Vaqif Quliyev daha sonra Stekov İnstitutunun […]

28 fevral 2014-cü ildə AMEA Riyaziyyat və Mexnaika İnstitutunda institutun direktoru f.r.e.d., prof. Misir Mərdanov Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət heyətinin üzvü RTEA-nın akademiki t.e.d. Əzizağa Şahverdiyev ilə görüşü olmuşdur.

Görüş AMEA RMİ və RTEA-nın nəzdində olan Neftqaz Proseslərinin Sistemli Tədqiqatlar İnstitutu arasında bağlanmış saziş çərçivəsində keçirilmiş və bir çox birgə elmi əlaqələr əsasında aşağıdakı məsələlər müzakirə edilmişdir. Qarşılıqlı surətdə elmi məqalələrin müvafiq Akademiya İnstitutlarının buraxdığı elmi jurnallarda nəşr etmək; Azərbaycan, Rusiya Federasiyası, Çin Xalq Respublikası alimlərinin birgə elmi seminarlarını təşkil etmək; 2014-cü ildə AMEA […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun kitabxanasına daxil olan yeni jurnaların siyahısı.

1.Математические заметки. 2013. Т.94. В5. 2.Математические заметки. 2013.Т.94.В.6. 3.Математические заметки. 2014. Т.95.В.1. 4.Доклаы  РАН.                        2013. Т.453.№1. 5.Доклады РАН.                      2013.Т.453.№2. 6.Доклады РАН.                      2013.Т.453.№3. 7.Доклады РАН. […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutnda İran İslam Respublikasının vətəndaşı, institutun dissertantı Əhməd Həsən oğlu Cəmşidpurun dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Qeyd edək ki, Əhməd Cəmşidpur Riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “Kəsilmə şərtinə spektral parametr daxil olan Ştrum-Liuvill operatoru üçün səpilmənin düz və tərs məsələləri” mövzusunda dissertasiya işi hazırlayıb.

Fevralın 26-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan türklərinin başına gətirilən ən ağır və dəhşətli faciə- Xocalı soyqırımının anım tədbiri keçirildi.

Mərasimi giriş sözü ilə İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru,  professor Misir Mərdanov açıq elan edərək, soyqırım qurbanları 1 dəqiqəlik sükutla yad edildi. Misir Mərdanov mərasim iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi: “ 26 fevral 1992-ci il bugünkü kimi yadımdadır. “Xalq” qəzetində vəziyyətin gərginləşdiyi və 2 nəfərin qətlə yetirildiyi məlumatı dərc olunmuşdu. Biz orda real […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “İnvariantlar və müəyyən məsələlərin həlli” mövzusunda Ümuminstitut seminarı keçirilib.

Seminarda  “Riyazi-fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Nihan Əliyev məruzə edib. Məruzədə müxtəlif törəmələr və onların invariantları haqqında danışılıb. Bu törəmələrlə əlaqədar müəyyən sinif tənliklər üçün məsələlərin həlli üşün analitik ifadələr alınıb. Məqsəd ixtiyari tənlik üçün qoyulmuş sərhəd məsələsini nüvəsində sinqulyarlığı zəif olan ikinci növ Fredholm tipli inteqral tənliyə gətirmək olub.

Faydalı linklər