Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Karl Veyerstras: XIX əsrin böyük riyaziyyatçısı

31 oktyabr 1815-ci ildə Almaniyanın Ostenfelde şəhərində doğulan Karl Teodor Vilhelm Veyerstras (Weierstraß Karl Theodor Wilhelm) XIX əsrin ən əhəmiyyətli riyaziyyatçılarından biri kimi tarixə düşüb. Veyerstras hüquq elmlərini Bonn Universitetində, riyaziyyatı isə Münster Universitetində öyrənmişdir. 1856-cı ildən Berlində universitet professoru kimi fəaliyyət göstərmiş və riyazi analiz, funksiyalar nəzəriyyəsi, variasional hesablamalar, diferensial həndəsə və xətti cəbr […]

İlk süni superintellekt öyrənmə qabiliyyətinə görə insanı geridə qoyacaq

OpenAI və Google DeepMind kimi nəhənglər süni intellekt modellərini və hesablama gücünü genişləndirməyə üstünlük verdikləri bir vaxtda, Thinking Machines Lab tədqiqatçısı Rafael Rafailov superintellektin yaradılması üçün alternativ yanaşma təklif edib. O bildirib ki, süni intellektin gələcəyi təlimin həcminə deyil, onun keyfiyyətinə bağlıdır. Onun sözlərinə görə, ilk superinsan səviyyəsində süni intellekt gücü ilə deyil, öz təcrübəsindən öyrənmək və uyğunlaşmaq bacarığı ilə fərqlənəcək. Məhz bu cür sistemlərin […]

Görkəmli alim İlham Məmmədovun 70 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Tofiq oğlu Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri giriş nitqi ilə açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov qonaqları salamlayaraq bu qəbil mötəbər tədbirlərin keçirilməsinin […]

“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirilib

24–25 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün “Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda iki günlük təlim təşkil olunub. Təlimin məqsədi elm və təhsil sahəsində həyata keçirilən islahatlar, yeniliklər və strateji istiqamətlərin media müstəvisində düzgün təqdimatı bacarıqlarını artırmaq, həmçinin təhsil jurnalistikasının inkişafına dəstək vermək olub. Proqram çərçivəsində media nümayəndələri […]

Azərbaycanlı professor: Təklif etdiyimiz metod yetişməkdə olan xərçəng şişlərini erkən müəyyənləşdirir – MÜSAHİBƏ

Dünyanın aparıcı riyaziyyatçılarından sayılan professor Uğur Abdulla Bakıda yazıçı Gülhüseyn Hüseynoğlunun ailəsində doğulub boya-başa çatıb. On beş yaşında Bakıdakı 20 nömrəli məktəbi qızıl medalla bitirib. Gənc yaşlarından riyaziyyat, fizika olimpiadalarında və idmanda qazandığı nailiyyətləri ilə seçilib. Sərbəst güləş üzrə Azərbaycan çempionu və milli komandanın üzvü olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaz  yyat fakültəsində təhsil alıb. […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında növbəti nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur” başlıqlı icmal təqdim edilib. Bugünkü buraxılışın ilk  səhifələrində “AMEA-nın 80 illik yubileyinə hazırlığın gedişi və qarşıda duran […]

Faydalı linklər