Elm və Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı 100,000 abunə sayını keçdiyi üçün gümüş plaket mükafatına layiq görülüb. Bu nailiyyət nazirliyin rəqəmsal kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində uğurlu fəaliyyətinin nəticəsi olaraq qiymətləndirilir. Nazirliyin 100 mindən çox izləyicisi olan “YouTube” kanalı vasitəsilə elm və təhsil sahəsinə dair maarifləndirici videolar, elmi-innovativ layihələrlə bağlı videoçarxlar, müsahibələr, müəllim və şagirdlərə […]
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində (EATDA) beynəlxalq elmi bazalarda indekslənən və indekslənmə potensialı olan altı jurnalın baş redaktoru və redaksiya heyəti ilə görüş keçirilib. Görüşdə elmi jurnalların nüfuzunun artırılmasına yönəlmiş pilot layihənin ilkin mərhələsi müzakirə olunub. Layihə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə “Elsevier” və “Clarivate” şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Seçilmiş […]
“Biz öz işimizdə Kolmoqorov, Arnold, Namiq Quliyev və Vüqar İsmayılovun fikirlərinə əsaslanırıq” Bu sözləri V.A. Eskin, A.O. Malkhanov və M.E. Smorkalov nüfuzlu “Journal of Computational Physics” jurnalında 2025-ci ilin may ayında çap etdirdikləri “Are Two Hidden Layers Still Enough for the Physics–Informed Neural Networks?”məqaləsində söyləmişlər.(bax: https://doi.org/10.1016/j.jcp.2025.114085). Məqalə Kolmoqorov-Arnold superpozisiya teoreminə, eyni zamanda Riyaziyyat və Mexanika İnstitutunun […]
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub” başlıqlı xəbər yer alıb. Bugünkü sayın ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirak etdiyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər […]
Elm və incəsənət bəşəriyyətin tərəqqisinin əsas sütunlarıdır. Dünyada bu sahələrə töhfə verən şəxslərin əməyi müxtəlif mükafatlarla qiymətləndirilir. Bu nüfuzlu mükafatlardan biri də Wolf Mükafatıdır. Elm aləmində xüsusilə tanınan bu mükafat, bəzən “Nobelə gedən yol” kimi də dəyərləndirilir. Bəs Wolf Mükafatı nədir, kimlərə verilir və bu mükafatı bu qədər prestijli edən nədir? Wolf Mükafatı 1978-ci ildən […]
13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb. Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu 2 iyun tarixində başa çatacaq. Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf edu.gov.az