Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Keçmişdən güc, bu gündən ilham alaraq sabaha doğru

Gənclər gələcəyi formalaşdıran əsas qüvvədir. Son illər ölkəmizin gəncləri elm, texnologiya, ictimai həyat, mədəniyyət və idman sahələrində fəal iştirak edərək, ölkənin inkişafına mühüm töhfələr verirlər. Dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı onların potensialının üzə çıxmasına şərait yaradır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təməlini qoyduğu siyasət ölkəmizin gələcəkdə də dayanıqlı inkişafını təmin edəcək gənc nəslin […]

Prezident İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib

Prezident İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının bununla bağlı müraciətində gənclərə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. “Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə […]

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Fevralın 2-də Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin XI Forumu keçirilir. AZƏRTAC xəbər verir ki, əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə ünvanladığı müraciəti səsləndirib. Tədbirdə dövlətimizin başçısının yanvarın 30-da imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla Prezident mükafatlarına […]

10 gəncə Prezident mükafatı verildi – Sərəncam

2026-cı il Gənclər üçün Prezident mükafatı verilib. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilsin: Ağadadaşov Sərxan Əbülfət oğlu Ağayev Şahmar Zöhrab […]

Agentliyin direktoru vətəndaşları qəbul edib

Yanvarın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşlarla görüş keçirib. Qəbul zamanı vətəndaşların müraciətləri, o cümlədən şikayət və təklifləri diqqətlə dinlənilib, qanunvericiliyin tələblərinə uyğun cavablandırılıb. Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində hər həftə rəhbər vəzifəli şəxslərin qəbulları həyata keçirilir. Qəbula yazılmaq […]

QS Avropa reytinqində Azərbaycan müsbət dinamika üzrə ilk 3-lükdə

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunmuş “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”nə əsasən, Azərbaycan ötən illə müqayisədə universitetlərinin mövqeyində ən çox müsbət dinamika müşahidə edilən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb. Qeyd olunan reytinqdə ümumilikdə 42 ölkədən 958 universitet təmsil olunur. Xatırladaq ki, QS-in son buraxılışında ilk dəfə olaraq daha 6 Azərbaycan universiteti […]

Faydalı linklər