Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib

Alimlər potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Astrophysical Journal adlı nəşriyyatda dərc edilmiş tədqiqata əsasən kəşf edilmiş ekzoplanet eyni anda bir neçə rekorda imza atıb. Bununla yanaşı məlumatda qeyd edilib ki, sözügedən yeni ekzoplanet öz ulduzunun yaşayış zonasında (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) yerləşir. Bu isə onun səthində potensial […]

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib. Təhsil müəssisələrində sertifikatlaşma üçün əvvəlki kimi 5 deyil, 3 il tələb olunur. Yaşı 60 və daha yuxarı olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Bununla bağlı məsələlər Milli Məclisin iclasında gündəliyə çıxarılan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Sənəd sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə dövlət […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 3 may 2024-cü il tarixli iclasında saat 14:00-da Leyla Vidadi qızı Nəsirovanın “Bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin birtərəfli qlobal bifurkasiyası” mövzusunda 1202.01-Analiz və funksional analiz […]

“Elm”qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı icmal təqdim edilib. Bügünkü sayda AMEA-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futbol çempionatının açılış mərasimi, Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü və […]

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” – BDU-da elmi konfrans

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb. Tədbirdə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, Azərbaycan […]

Elm və təhsil işçilərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Aprelin 30-da Elm və Təhsil Nazirliyində “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb və yubiley medalına layiq görülən elm və təhsil işçilərini təbrik edib. Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib. […]

Faydalı linklər