15/03/2024
Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak etmək, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 12-ci “Mobillik qrantı” müsabiqəsini elan edir. Bildirilib ki, […]
14/03/2024
14 martda dünyada qeyri-adi bayramlardan biri olan beynəlxalq “Pi” günü (International π Day) qeyd edilir. İlk dəfə bu gün 1988-ci ildə San-Fransiskoda Eksploratorium elmi-kütləvi muzeyində qeyd edilib. Bu qeyri-adi rəqəm hələ orta məktəbin aşağı siniflərində çevrə və dairəni öyrənən zaman rast gəlinir. Pi kəmiyyəti çevrənin uzunluğunun diametrinə nisbətini ifadə edən riyazi sabitdir.Pi kəmiyyəti 3,141592… və […]
14/03/2024
Beynəlxalq Riyaziyyat Birliyi dünya əhalisinin həll etməyə çalışdığı qlobal məsələlərin – iqlim dəyişikliyi, bioloji müxtəlifliyin itirilməsinin qarşısının alınması, dünya əhalisinin sayının durmadan artması fonunda ərzaq ehtiyaclarının proqnozlaşdırılması, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında riyaziyyatın verdiyi töhfələri nəzərə alaraq, Beynəlxalq Riyaziyyat Gününün keçirilməsi təşəbbüsü ilə UNESCO-ya müraciət edib. UNESCO Baş Assambleyasının 2019-cu il noyabrın 26-da Fransanın paytaxtı […]
13/03/2024
Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu davam edir. Müraciət edənlərin böyük bir qismi proqram rəhbəri vəzifəsi üçün vakansiyada müəyyən edilən tələblərə uyğun olmayan şəxslər tərəfindən edilmişdir. Vakansiya üzrə tələb olunan sənədləri tam və tələb olunan formada təqdim etməyən şəxslərə münasibətdə isə onlara bu barədə müvafiq sorğular göndərilmişdir. […]
13/03/2024
İnsanların əksəriyyəti yalnız bir və ya iki dildə danışsa da, bəziləri bir çox dili də öyrənə bilir. Bu insanlara poliqlotlar deyilir və onların üzərində aparılan son tədqiqat beyin yarımkürəsinin insan ünsiyyətinin əsas metodu olan dillə necə davrandığını başa düşməyə kömək edir. Bir qrup poliqlotun iştirak etdiyi yeni araşdırma zamanı iştirakçıların müxtəlif dillərdə oxunan mətnlərini dinləyərkən, […]
12/03/2024
2024-cü il 11 mart tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin qonağı olub. Pedoqoji heyətlə görüşündə professor ölkəmizdə müəllim adını hər zaman uca tutan, hərtərəfli dünyagörüşünə sahib olan Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafında müstəsna xidmətlərindən danışıb. Xüsusi Məktəbin […]