11/03/2024
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib” başlıqlı icmal və Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki yer alıb. Bügünkü sayda AMEA-nın Ümumi yığıncağı, Rəyasət Heyətinin iclası, Ədəbiyyat İnstitutunun 90 […]
11/03/2024
Ramazan ayının ilk günü miladi təqvimlə 2024-cü il martın 11-dir. Belə ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib. Bildirilib ki, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır: “Çünki bu mübarək ayı Vətən […]
07/03/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov müəssisənin xanım əməkdaşlarını onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara uzun ömür, […]
07/03/2024
Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır. Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx […]
06/03/2024
Tədqiqatçılar təhsil səviyyəsinə malik insanların daha yavaş qocaldığını aşkar ediblər. Bununla bağlı ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları araşdırma aparıblar. “Framingham Heart Study” adlı araşdırmada Kolumbiya Universitetindən olan alimlər 1948-ci ildən bəri üç nəsildən 14 min 106 iştirakçının məlumatlarını araşdıraraq təhsilin qocalığa təsirini təhlil ediblər. Tədqiqatçılar məlumatlarla əldə edilən qan testlərindən istifadə edərək DNT-nin tədqiqi metodundan yararlanıblar, […]
05/03/2024
Alimlər tüpürcəkdən götürülmüş nümunə ilə genetik testləri şərh edərək erkən mərhələdə Alzheimer riskini təyin edən süni intellektə əsaslanan texnologiya hazırlayıblar. TÜBİTAK 1003 – Prioritet Sahələr Ar-Ge Layihələrinə Dəstək Proqramı çərçivəsində tamamlanan layihədə ilk prototip həyata keçirilməkdəykən, klinik mərhələ də daxil olmaqla sonrakı mərhələlər də həyata keçiriləcək. Tədqiqatı 10 ildir aparan alim son layihə ilə bağlı […]