Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu gün Od çərşənbəsidir.

Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu […]

Yüksək enerjili γ-şüalanma mənbəyi kəşf olunub

Çin alimlərindən ibarət qrup ilk dəfə qalaktikamızda yüksək enerjili kosmik zərrəciklərin mənbəyini kəşf edərək astrofizika sahəsində yeni bir mərhələyə keçid ediblər. Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, müşahidələr Çinin LHAASO (Large High-Altitude Air Shower Observatory) rəsədxanasında aparılıb. Tədqiqat qrupu tərəfindən ulduz əmələgəlmə bölgəsi olan Qu X istiqamətində ən azı 100 ultra-yüksək […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb” başlıqlı icmal və A.A.Əli Zadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb. Bügünkü sayda AMEA-nın Rəyasət Heyətinin iclası, […]

Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim Zahid Xəlilovun xatirəsi anılıb

Görkəmli alim Zahid Xəlilovun əziz xatirəsi ona doğma olan uzun illər rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunda yad edildi. Yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidməti olan alimin xatirəsinə ehtiram əlaməti olaraq institutda büstu qoyuldu. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Riyaziyyat və Mexanika institutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov çıxış edərək, […]

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Fevralın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Azərbaycan Ağsaqqallar Şurasının […]

Qarabağ Universitetində ilk vakansiya!

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib. Tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər:  Qarabağ Universitetində vakansiya – proqram rəhbəri Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının […]

Faydalı linklər