Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Süni intellekt tərtibatçıları süni intellekt səbəbilə ixtisar olunurlar

Belə bir fikir var ki, süni intellekt əmək bazarına böyük təsir göstərəcək, lakin onun hazırlanmasında iştirak edənlərin ixtisarı barədə məlumatlar çox nadir hallarda yayılır. Bu cür proseslər artıq Meta, xAI və Google şirkətlərində müşahidə olunub. Məlumata görə, yaxın zamanda Google-un süni intellekt sahəsindəki məhsulları üzərində – o cümlədən Gemini çat-botu və axtarış nəticələrindəki AI-overviewfunksiyası üzərində – işləyən 200-dən çox şəxs işdən azad edilib. Bunlar şirkətin […]

Bu gün Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140 -cı ildönümü tamam olur

18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. AZƏRTAC xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi […]

Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

2025-ci il sentyabrın 17-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institut əməkdaşlarının elmi ezamiyyətlərinə dair hesabatlar dinlənilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul məsələsi müzakirə olunub. İclasa İnstitutun baş direktoru,AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov sədrlik edib.İlk olaraq […]

Riyaziyyat və Mexanika İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirildi

17 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə institutun rəhbərliyi, əməkdaşları və dəvət olunmuş qonaqlar iştirak ediblər. Tədbir Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Riyaziyyat […]

Georq Riman — Riyaziyyatın Dahisi və Riman Hipotezinin Müəllifi

Bu gün dünya şöhrətli alman riyaziyyatçısı, mexanik və fiziki, Berlin və Paris Elmlər Akademiyalarının, London Kral Cəmiyyətinin üzvü Georq Rimanın doğum günüdür. Riman 17 sentyabr 1826-cı ildə Almaniyada yoxsul ruhani ailəsində dünyaya gəlmişdir. O, yalnız 14 yaşında məktəbə gedə bilmiş, anası Şarlotta Ebbel Riman hələ məktəbdə oxuyarkən vərəm xəstəliyindən vəfat etmişdi. Onun riyazi qabiliyyəti gənc […]

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub. Müsabiqəyə 54-ü (3%) “Ümumi təhsil müəssisələri”, 1 498-i (97%) isə “Fərdi layihələr” kateqoriyası üzrə olmaqla ümumilikdə 1 552 layihə təqdim edilib. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 516 (98%) layihə “Məzmun ekspertizası” mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu […]

Faydalı linklər