Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İqtisadiyyat üzrə Nobel mükafatının qalibinin adı açıqlanıb

2023-cü il üçün iqtisadiyyat üzrə Nobel mükafatı amerikalı Klaudia Qoldinə verilib. Nobel Komitəsi oktyabrın 9-da amerikalı tədqiqatçı Klaudia Qoldinin Nobel mükafatına layiq görüldüyünü elan edib. O, bu mükafata “əmək bazarında qadınların rolu haqqında anlayışın təkmilləşdirilməsinə” görə layiq görülüb. Klaudiya Qoldin 1946-cı il 14 may tarixində Amerika Birləşmiş Ştatlarında anadan olub. Qoldin daha çox qadınlar və […]

Elmi seminarın növbəti iclası keçirildi

11 oktyabr 2023-cü il saat 12:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Dalğa dinamikası” və “Deformasiya olunan bərk cisim mexanikası” şöbələrinin birgə təşkil etdiyi genişləndirilmiş iclasında Lətif Xəlil oğlu Talıblının sədrliyi ilə Aytən Hafiz qızı Mövsümovanın “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda 2002.01-Deformasiya olunan bərk cisim mexanikası ixtisasında […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər. İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin güclü Azərbaycan naminə […]

Gələcəkdə telefonu əvəz edəcək cihaz

Dünyanın aparıcı şirkətlərindən olan “Apple” gələcəkdə telefonu əvəz edə biləcək cihaz hazırlayıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, “Humane Ai Pin” adı verilən yeni cihaz əl ilə qarşılıqlı əlaqədə olan təsvir proyeksiya edir. Cihaz displey əvəzinə proyektoru (böyük ekranda təsvirin yaradılması üçün nəzərdə tutulmuş optik cihaz) olan çox yığcam telefona bənzəyir. O, geyimə yapışdırılır, mətn və […]

E L A N

18.10.2023-cü il tarixində saat 10:00-da Ümuminstitut seminarda RMİ-nın “Diferensial tənliklər” şöbəsinin  baş elmi işçisi Əliyev Bəhram Əli oğlu “İkinci tərtib elliptik diferensial-operator tənlik üçün bəzi sərhəd məsələləri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd şərtlərindən birinə xətti operator (məhdud, qeyri-məhdud) və ya spektral parametr daxil olan sərhəd məsələlərinə baxılır. © […]

Alimlər ilk dəfə ildırımın istiqamətini dəyişiblər

Araşdırmaçılar elmdə bir ilk olaraq, güclü lazerdən istifadə edərək səmada ildırımın istiqamətini dəyişiblər. Bu inkişaf ildırım vurması nəticəsində yaranan yanğınların və ölümlərin qarşısını ala bilər. Məlumata görə, güclü lazer ildırım xəttinə dəyməzdən əvvəl onu təqribən 60 metr kənara çıxara bilib. Araşdırma  göstərir ki, lazerlər ABŞ-da hər il orta hesabla 43 nəfərin ölümünə səbəb olan və […]

Faydalı linklər