Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət göstəricisi 55-ə çatıb

“Vikipediya” platformasının Azərbaycan dili bölməsində əhəmiyyətli və səmərəli dəyişikliklər baş verməkdədir. Azərbaycan dili bölməsi bu gün öz zənginliyi ilə seçilir və artıq məqalələrin sayı 210 mini keçib. Redaktələrin sayı isə 8.4 milyona çatıb. Keçən ayın statistik məlumatlarına əsasən, “Vikipediya”nın Azərbaycan dili bölməsində aylıq yuvarlaq 8 milyon 780 min baxış, günlük yuvarlaq ortalama isə 293 min olub. […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin dekabr ayında növbəti nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində “Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb, bir sıra tədbirlərdə iştirak edib” başlıqlı informasiya yer alıb. Bugünkü buraxılışın ilk səhifələrində Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə AMEA-nın kollektivinin Fəxri Xiyabanda Ulu […]

AzMİU-nun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Dekabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib. Bu əlamətdar tarixin qeyd olunması təkcə bir ali təhsil müəssisəsinin yarıməsrlik fəaliyyət yoluna nəzər salmaq deyil, eyni zamanda, Azərbaycanda memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin inkişafı və dövlətçilik ənənələrinin təhsildə təcəssümünün rəmzidir. AZƏRTAC xəbər verir ki, yubiley tədbirindən […]

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32‑ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə qərara alıram: Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları təltif edilsinlər: “Şərəf” ordeni ilə Məmmədova Gülçöhrə Hüseyn qızı 3-cü dərəcəli “Əmək” ordeni ilə Ağayev Asəf Mirzə oğlu Babayev Nəbi Miri oğlu […]

Elektron xidmətlərin və dövlət informasiya sistemlərinin qiymətləndirilməsi üzrə yeni qayda təsdiqlənib

2025-ci il 9 dekabr tarixində Nazirlər Kabinetinin qərarı ilə “Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Yeni qayda dövlət informasiya sistemləri və ehtiyatlarının, eləcə də dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin vahid meyarlar əsasında qiymətləndirilməsini nəzərdə tutur. […]

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının (NASCO XXVIII) açılış mərasimi baş tutub. Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilir. Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış […]

Faydalı linklər