Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İnsanların IQ göstəriciləri yüzillikdə ilk dəfə aşağı düşüb

Ən pis nəticələr 18-22 yaş qrupu və aşağı təhsil qruplarındadır. Amerikalıların onlayn sınaqları göstərdi ki, ABŞ-da insanlar orta intellekt əmsalı (IQ) testlərində çox zəifləyiblər. Adətən, elm adamları bunun əksini müşahidə edirdilər: illər ərzində göstəricilərin tədricən artması, yəqin ki, təhsilin əlçatanlığının artması və hər yeni nəsillə insanların ümumi intellektual inkişafı səviyyəsinin artması ilə əlaqədardır. Lakin 2006-2018-ci […]

Avropada ilk qətl Fransada törədilib

Fransanın Bordo Universitetinin antropoloqları Avropa tarixində müasir insan növünün qətlinin ilk qurbanı olmuş kromanyon adamı tapıblar. Alimlərin fikrincə, müasir insanın qədim əcdadı Kromanyon mağarasında (Fransanın cənub-qərbində yerləşən kromanyonların ən qədim qaya sığınacağı) təqibçisindən gizlənməyə çalışıb, lakin o, daş balta ilə başından vurulub. Zərbə qədim insan üçün ölümcül olub. Qeyd edək ki, elm adamları mağaranı ötən […]

İki nəhəng aysberq Atlantikanın cənubuna, dəniz yollarının keçdiyi ərazilərə yaxınlaşır

Britaniyalı alimlər dəniz yollarının keçdiyi ərazilərə tədricən yaxınlaşan iki nəhəng aysberqin hərəkətini diqqətlə izləyirlər. Aysberqlər həmin ərazilərdə ticarət və balıqçı gəmiləri üçün təhlükə mənbəyi ola bilər. Onların əriməsi də okeanların ekologiyasına öz təsirini göstərir. Nəhəng buz parçaları Britaniya Antarktika Xidmətinin “Halli VI” stansiyası yaxınlığındakı Brant buzlağının şelfindən ayrılıb. Onlar tədricən əriyir, kiçik parçalara bölünür və […]

Tokio hava limanında ən böyük günəş paneli quraşdırılacaq

2024-cü ilə qədər Tokionun Narita hava limanının ərazisində sahəsi təxminən 200 hektar olan günəş paneli quraşdırılacaq. Məlumata görə, bu, dünyada hava limanlarında quraşdırılmış ən böyük günəş paneli olacaq. Layihəyə əsasən, onun gücü 180 MVt olacaq. O, Narita hava limanının ümumi enerji tələbatının təxminən 40 faizini ödəyə biləcək. Nəhəng günəş panelinin yaradılması və quraşdırılması ilə hava […]

27 Mart – Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda  “Elm günü” kimi qeyd edilir. Bu tədbir elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf […]

Xərçəng şişlərinin məhvi üçün ABŞ-da xüsusi bakteriyalar yaradılıb

Amerika Birləşmiş Ştatlarındakı Kolumbiya Universitetinin alimləri laboratoriya şəraitində şişi axtarıb tapmağa və onları məhv etməyə qadir olan bakteriyalar yaradıblar. Bu bakteriyalar immun hüceyrələrini aktivləşdirən xüsusi zülalları şişə çatdırır. Alimlər bakteriyaların bəzi növlərinin şişin daxilində inkişaf etməyə qadir olduğunu artıq çoxdan sübuta yetiriblər. Ehtimal ki, bu, mikroorqanizmlərin inkişafını dəstəkləyən və immun sistemi tərəfindən onların üzə çıxarılmasına […]

Faydalı linklər