Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, institut və təşkilatlarının rəhbərləri müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü münasibətilə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Elmi ictimaiyyətin nümayəndələri Ümummilli Liderin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə […]

Heydər Əliyevin anım günüdür

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Oxu.Az xatırladır ki, Heydər Əliyevin vəfat etməsindən 19 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində, dəmiryolçu ailəsində dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. […]

Riyaziyyat və Mexanika İnstitutun əməkdaşları akademik Akif Hacıyevin məzarını ziyarət ediblər

2022-ci il dekabrın 8-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə müasir Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri,  əməkdar elm xadimi,  akademik  Akif  Hacıyevin məzarını ziyarət etdilər. Akif Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub. Orta […]

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib

Dekabrın 7-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, YAP ərazi partiya təşkilatlarının nümayəndələri, həmçinin elmi müəssisə və təşkilatların baş direktorları iştirak ediblər. Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin […]

Dosent İradə Mirzəzadənin monoqrafiyası çap edilmişdir

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi Riyaziyyat” şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent İradə Mirzəzadənin “Artificial Intelligence in Problems Of Diagnostics And Monitoring” adlı monoqrafiyası Almaniyanın “LAP Lambert Academic Publishing GmbH & Co” nəşr evi tərəfindən çap edilmişdir. Qeyd etmək lazımdır ki, “LAP Lambert Academic Publishing GmbH & Co” baş bürosu Almaniyanın Saarbrücken […]

Riyaziyyat və Mexanika İnstitutunun Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə görüş keçirildi

Riyaziyyat və Mexanika İnstitutunun Gənc alim və mütəxəssislər şurasının və 129 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “kiçik akademiya” rəhbərləri ilə instututun baş direktoru AMEA – nın müxbir üzvü, professor Misir Mərdanovla görüş keçirildi. Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü […]

Faydalı linklər