Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

1 noyabr 2022-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası institutun baş direktoru, Elmi şuranın sədri AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Gündəliyə uyğun olaraq 2022-ci ildə tamamlanmış elmi-tədqiqat işləri üzrə hesabatların müzakirəsi aparılıb. “Funksiyalar nəzəriyyəsi” şöbəsi r.e.d. Vüqar İsmayılov, “Maye […]

Dissertasiya şurasının növbəti iclası keçirilmişdir

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 28 oktyabr 2022-ci il tarixli iclasında  saat 1400-da Aydın Şükür oğlu Şükürovun 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Gürcüstanın təhsil və elm nazirini, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul etməsi və “İ.Ə.Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında” Sərəncamı yer alıb. Bundan əlavə, AMEA-nın Ümumi yığıncağı, görkəmli Azərbaycan şairi və dramaturqu […]

ELAN

4 noyabr 2022-ci il saat 14:00–da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Akt zalında 8 Noyabr–Zəfər  Günü ilə əlaqədar institutun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzazədənin təşkilatçığı ilə tədbir keçiriləcək. Tədbirdə hərbi jurnalist, ehtiyatda olan zabit, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki Üzeyir Cəfərov iştirak edəcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun  “Funksional analiz”, “Riyazi analiz” və “Funksiyalar nəzəriyyəsi” şöbələrinin birgə iclasında  26 oktyabr 2022-ci il tarixində saat 11:00-da  r.ü.f.d., dosent Səbinə Rahib qızı Sadıqovanın «Xətti topoloji fəzalarda sistemlərin freymlilik xassələri haqqında» mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Səbinə Sadıqova dissertasiyanın əsas məzmunu […]

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Oktyabrın 25-də Azərbaycan  Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilib. Akademik Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib. AMEA prezidentliyinə namizədlə bağlı akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin zəngin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin intreqrasiyası […]

Faydalı linklər