Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Beyin qocalmasını ləngidən zülal aşkar edilib

San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri beynin qocalmasında əsas rol oynaya biləcək bir zülalı müəyyən ediblər. Araşdırma göstərib ki, siçanlarda FTL1 zülalının artıqlığı yaddaş itkisinə, neyron əlaqələrinin zəifləməsinə və hüceyrə aktivliyinin azalmasına səbəb olur. Alimlər gənc siçanlarda FTL1 səviyyəsini süni şəkildə yüksəltdikdə, onların beyni və davranışı yaşlı fərdlərə bənzəməyə başlayıb. Əksinə, bu zülalın səviyyəsi yaşlı gəmiricilərdə azaldıldıqda, onların idrak funksiyaları bərpa olunub. Qocalma […]

2025-ci ilin I yarısında professor elmi adı alanların statistikası açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ilin I yarısında müxtəlif elm sahələri üzrə professor elmi adı alanların statistikasını açıqlayıb. AAK-dan AZƏRTAC-a bildirilib ki, 13 elm sahəsi üzrə professor elmi adı almış iddiaçılara müvafiq attestatlar təqdim olunub. Riyaziyyat üzrə 2, fizika üzrə 2, kimya üzrə 1, biologiya üzrə 1, aqrar elmlər üzrə 1, texnika […]

2025-ci ilin I yarısında elmlər doktoru elmi dərəcəsi alanların statistikası açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) müxtəlif elm sahələri üzrə elmlər doktoru elmi dərəcələri verilib. AAK-dan “Respublika”ya bildirilib ki, 18 elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almış iddiaçılara müvafiq diplomlar təqdim olunub. Riyaziyyat və astronomiya elmləri üzrə 2, fizika üzrə 4, kimya üzrə 2, biologiya üzrə 4, aqrar elmlər üzrə 1, yer […]

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

Ölkədə rəqəmsal hökumət infrastrukturunun inkişafı istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi təsdiq edilib. Bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb. Məlumatda qeyd oluunub ki, Əsasnaməyə görə, EHİS-in sahibi […]

Riyaziyyatın əsaslarını formalaşdıran nəhəng alim

Lui Oqustin Koşi (Augustin-Louis Cauchy) 21 avqust 1789-cu ildə Fransanın Paris şəhərində dünyaya gəlmiş və 19-cu əsr riyaziyyat elminin ən nüfuzlu simalarından birinə çevrilmişdir. O, yalnız öz dövrü üçün deyil, bütün riyaziyyat tarixi üçün dönüş nöqtəsi sayılan fundamental kəşflərin müəllifidir. Koşinin əsərləri, təkcə riyaziyyatın nəzəri aspektlərinə deyil, həmçinin tətbiqi riyaziyyat və fizikanın müxtəlif sahələrinə də […]

Astrofiziklər qrupu qalaktikalararası eksperiment zamanı naməlum hissəciklərin siqnalını aşkarlayıb

Kopenhagen Universitetinin astrofizikləri çətin aksionların axtarışında yerüstü deyil, ulduz hissəciklərinin sürətləndiricisindən istifadə etmək qərarına gəliblər. Belə ki, mərkəzində superkütləli qara dəliklər olan uzaq və çox parlaq qalaktikaların nüvələrindən çıxan elektromaqnit şüalanma izlərini axtarmaq üçün eksperiment keçirilib. Kainatdakı ən ağır strukturlar Günəşdən katrilyon dəfə böyük olan qalaktika qruplarıdır. Aksionlar – hipotetik elementar hissəciklər isə ən kiçik atomdan […]

Faydalı linklər