07/09/2022
İnstitutunun gənc alimləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən düşərgələrdə iştirak edib. Avqustun 8-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhəri Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil […]
06/09/2022
Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vəfatından bir il ötür. Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini […]
02/09/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsində işlənmiş yeni texnoloji üsul və həllər uzun illərdir ki, neft-qaz hasilatı sahəsində çalışan şirkətlərin maraq dairəsində olmuş və indi də olmaqdadır. Şöbədə yaradılmış çoxsaylı innovativ texnologiyalar Azərbaycanda – SOCAR-ın Neft Daşları, 28 May, N. Nərimanov, Qum Adası, Abşeronneft, Binəqədi, Qarasu; Çin Xalq Respublikasında – Sinopec, […]
02/09/2022
Dəri Xərçəngi Fondunun (SCF) məlumatına görə, dəri xərçəngi dünyada ən çox yayılmış xərçəngdir. İqlim dəyişikliyi ölümcül dəri xərçənginin artmasına səbəb olur. Alimlər xüsusilə, şimal ölkələrində günəşdə çox vaxt keçirməyin melanoma və digər ölümcül xərçənglərə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. İqlim böhranı yayda temperaturun artmasına səbəb olur və mütəxəssislər bunun dəri xərçənginin, o cümlədən dəri […]
22/08/2022
Bu barədə “Tesla” və “Neuralink”in yaradıcısı İlon Mask Çinin “China Cyberspace” jurnalı üçün məqaləsində yazıb. Mask, “Neuralink”in sinir çiplərinin indi hər bir halda ciddi şəkildə yaralanan insanlara kömək etdiyini söyləyib. Nümunə olaraq o, motosikletlə qəzaya uğrayan, indi təkbaşına yemək yeyə bilməyən 25 yaşlı gəncdən danışıb. İş adamı izah edib ki, bu halda çip travmatik beyin […]
19/08/2022
Avqustun 19-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə bağlı bir sıra məsələlər müzakirəyə çıxarılıb […]