Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər ən süni həyat formasını yaradıblar

Britaniya alimləri Yer üzündəki hər hansı digər canlı orqanizmdən daha mürəkkəb və nizama salınmış genetik koda malik süni bakteriya yaradıblar. Syn 57 adlı bağırsaq çubuğu (Escherichia coli) bu günə qədər mümkün olmuş ən az kodon sayı ilə sintez olunub – bu, milyardlarla ildir bütün məlum canlı orqanizmlərin istifadə etdikləri genetik kod vahididir. Bu kəşf sintetik polimerlərin yaradılmasında yeni texnologiyaların meydana çıxmasına gətirib çıxara […]

Simon Klüqel — Riyaziyyatın Səssiz Dahisi

18-ci əsr Alman elm dünyasında dərin iz buraxan alimlərdən biri də riyaziyyatçı və astronom Simon Klüqel olmuşdur. 19 avqust 1739-cu ildə Almaniyanın Hamburq şəhərində anadan olan Klüqel, sadəcə elmi bacarığı ilə deyil, həm də təhsil və riyaziyyat fəlsəfəsinə verdiyi töhfələrlə yadda qalmışdır. O, xüsusilə riyazi ölçü sistemləri, geometriya və fizika sahəsindəki araşdırmaları ilə tanınır. Klüqel, […]

Yapon alimləri yeni akustik levitasiya cihazı hazırlayıblar

Yokohama Universitetinin tədqiqatçıları səs dalğaları əsasında işləyən yeni akustik levitasiya cihazı təqdim ediblər.Texnologiya konveyer lentləri kimi nəqliyyat sistemlərində əsas məhdudiyyət olan sürtünməni aradan qaldıraraq kiçik obyektlərin daha sürətli və dəqiq hərəkətini təmin edir. Cihaz pyezoelektrik aktuator vasitəsilə iki səthin arasında nazik maye qatı yaradır və obyektin bütün istiqamətlərdə maneəsiz hərəkətinə şərait yaradır. Simsiz idarəetmə sistemi […]

Azərbaycan WTDC-25-ə ev sahibliyi edəcək

Azərbaycan 17–28 noyabr 2025-ci il tarixlərində Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) ev sahibliyi edəcək. Dünyanın hər yerindən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilat rəhbərləri, sənaye liderləri və ekspertlər də daxil olmaqla 1500-dən çox iştirakçının qatılacağı bu mötəbər tədbir, qlobal rəqəmsal inkişaf gündəminin formalaşdırıldığı ən vacib platformalardan biri olacaq. WTDC-nin əsas məqsədi, bu gün […]

Süni intellekt nə vaxt, harada və necə faydalıdır?

Təxminən üç il əvvəl “ChatGPT” təqdim olunduqdan sonra süni intellekt (AI) texnologiyalarının təhsilə təsiri geniş müzakirə olunmağa başladı. Müzakirələrdə, əsasən, bu suala cavab axtarılırdı: süni zəka fərdi təhsil üçün lazımlı alətdir, yoxsa akademik “vicdansızlığa” aparan yoldur? Bəzi təhsil mütəxəssisləri hesab edirlər ki, süni intellektdən istifadə tənqidi düşüncə qabiliyyətinin azalmasına səbəb olacaq. Onların arqumentinə görə, təhsilalanlar […]

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 2025-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş” təsdiq edilsin. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının […]

Faydalı linklər