Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun “Diferensial tənliklər” şöbəsinin 0,5 ştat baş elmi işçisi, r.ü.f.d., professor Bəhram Əliyenin 70 yaşı tamam olur

Bəhram Əli oğlu Əliyev 22 may 1952 – ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. 1973 – cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki ADPU) Riyaziyyat fakütəsini bitirib. 1974–1975 – ci illərdə təyinatla Gürcüstan Respublikasının Qardabani rayonunda riyaziyyat müəllimi vəzifəsində işləyib. 1976 – cı ildə Ordu sıralarında xidmət edib. 1981 – ci […]

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü yer alıb. Bundan əlavə, akademik Arif Həşimovun AMEA-nın elmi bölmələrinin həqiqi və müxbir üzvləri ilə görüşü, həmçinin akademik Arif Həşimovun Elektron Elm Mərkəzinin inşası ilə əlaqədar keçirdiyi səyyar müşavirə, AMEA-nın Rəyasət […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalı Scopus elmi bazasında yüksək impakt faktoru almışdır

“Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalı 2021-ci il üzrə Scopus bazasının qiymətləndirilməsində Q2 kvartilində yüksələrək 0,518 impakt faktor almışdır. Həmin jurnal üçün bu göstərici 2020-ci ildə Q3 kvartillə 0.28 impakt faktor olmuşdur. Qeyd edək ki, jurnalın baş redaktoru Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, məsul redaktor isə r.e.d. […]

Dünyanın müxtəlif bölgələrində öyrənilən qeyri-adi məktəb fənləri

Dünyanın əksər məktəblərində bütün tələbələr təxminən eyni proqramı oxuyurlar: dillər, riyaziyyat, tarix, fizika, kimya və s. kimi elmi fənlər. Lakin bəzi təhsil müəssisələrində təhlükəsiz şəkildə çox qeyri-adi və hətta unikal adlandırıla bilən kurslar və dərslər var. Bilirsinizmi ki, Londonda Beatles haqqında kurs var, Yaponiyada isə uşaqlara təbiəti sevməyi xüsusi dərslərdə öyrədirlər? Viskonsin Universitetində elf dilini […]

Riyaziyyat və Mexanika İnstitutu “Teknofest Azərbaycan” festivalında innovativ texnologiyalar təqdim edəcək

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu 26-29 may tarixlərində “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə iştirak edəcək. Bu barədə Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov məlumat verib. O, elmi müəssisənin təqdim edəcəyi texnologiyaların neft-qaz sənayesində həyata keçirilən işlərin səmərəliliyinin artırılmasında mühüm rol […]

Masallı turu

AMEA Riyaziyyat və Mexanika İnstitutu Həmkarlar İttifaqının təşkilatçılığı ilə, 14-15 may 2022-ci tarixlərində institutun bir qrup əməkdaşı Masallı rayonuna səfər ediblər. Səfər zamanı institutun əməkdaşları üçün turlar təşkil olunub. Tur çərçivəsində rayonun  görməli yerlərinə, tarixi məkanlara ekskursiyalar təşkil olnunmuş, müxtəlif əyləncəli oyunlar keçirilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər