13/10/2021
3 oktyabr 2021-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun anadan olmasının 75 ili tamam olub. AMEA-nın müxbir üzvü Misir Mərdanov bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” […]
13/10/2021
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalarda Laplas və Puasson tənlikləri üçün Dirixle məsələsinin müxtəlif qoyuluşları haqqında” mövzusunda məruzə edib. Məruzədə qeyri-standart adlanan (dəyişən dərəcəli Lebeq, Morri, qrənd-Lebeq, Marçinkeviç və s.) fəzaların doğurduğu Sobolev fəzalarında Laplas və Puasson tənlikləri üçün […]
11/10/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 11 oktyabr 2021-ci il tarixində saat 1200 -da Bakı Dövlət Universitetinin qiyabi doktorantı Sarvan Təhməz oğlu Hüseynovun “İkinci tərtib cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda 1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclası “Diferensial […]
09/10/2021
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə AMEA-nın müxbir üzvü Misir Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, müxbir üzv Misir Mərdanovla görüşüb, […]
08/10/2021
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 34-cü nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri yer alıb. Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, AMEA ilə Qırğız-Türk Manas Universiteti arasında əməkdaşlığa dair imzalanmış saziş, “Nizami Gəncəvi irsi və təbiət” […]
08/10/2021
8 oktyabr 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Natəvan Əmrah qızı Mustafayevanın “Bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin sonsuzluqdan qlobal bifurkasiyası” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri […]