Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov beynəlxalq konfransda məruzə ilə çıxış edib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 16 sentyabr 2021-ci il tarixdə İrkutskda keçirilən Динамические Cистемы и Компьютерные Науки: Теория и Приложения (DYSC 2021) adlı üçüncü beynəxalq konfransda “Необходимые условия минимума в задачах вариационного исчисления при наличии различных вырождений” mövzusunda plenar məruzə ilə çıxış etmişdir. © Bütün hüquqlar qorunur. […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun magistraturasına 2021/2022-ci tədris ili üzrə qəbul olunanlar haqqında

M Ə L U M A T 060501- “Riyaziyyat ” ixtisası “Riyazi analiz ” ixtisaslaşması1.Feyzullayev İlkin Qadir oğlu– Bakı Dövlət Universiteti(2021), 88 bal. “Riyazi analiz ” ixtisaslaşması2. Rəhimli Mədinə Rəhim qızı- Bakı Dövlət Universiteti (2020), 84 bal. “Riyazi analiz ” ixtisaslaşması (Ödənişli)3. Qasımova Gülnar Kazım qızı – Bakı Dövlət Universiteti(2021), 69 bal. “Diferensial tənliklər ” ixtisaslaşması4. […]

Sentyabrın 6-sı dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vəfatından dörd il ötür. Görkəmli alim Lütfi Zadənin anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salaq. 1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə başa vurub. […]

Makroiqtisadi sabitlik Azərbaycanın regiondakı xüsusi rolunu fərqləndirir

Son 18 ildə respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici […]

Dünyanın bir çox dillərinə tərcümə olunan “Molekulyar hüceyrə biologiyası” bestselleri Azərbaycan dilində nəşr olunacaq

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında “Molecular Cell Biology” (“Molekulyar hüceyrə biologiyası”) kitabının Azərbaycan dilində nəşr olunması barədə müzakirələr aparılıb. Bu barədə çıxış edən Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məlumat verib ki, “Molekulyar hüceyrə biologiyası” Massaçusets Texnologiya İnstitutunun, Harvard, Kornel və Kaliforniya universitetlərinin tanınmış alimləri tərəfindən […]

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı […]

Faydalı linklər