Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər ilk dəfə insan beynindəki fikir yolonu izləyib

Amerika Birləşmiş Ştatlarının alimləri ilk dəfə olaraq düşüncənin insan beyni vasitəsilə necə hərəkət etdiyini izləməyə  müvəffəq olublar. Bu məqsədlə mütəxəssislər epilepsiya xəstəliyindən əziyyət çəkən xəstələrin cəlb edilməsi ilə araşdırmalar aparıblar. Bunun nəticəsində insanlarda fikirlərin hərəkətini izləmək  imkanı yaranıb. Alimlər tədqiqat iştirakçıları qarşısında elektrodların fərdi mövqeyinə uyğun olaraq bir sıra tələblər  qoyublar. Elektrokortikoqrafiya sayəsində mütəxəssislər elektrik […]

“Riyazi fizika tənlikləri” şöbəsinin ”Yarimxətti ikinci tərtib elliptik tənliklər üçün Dirixle məsələsi” mövzusunda növbəti seminarı keçirilib

26.05.2021-ci il tarixində ”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda  f.-r.e.n. Şəhla Yusif qızı Şükürova ”Yarimxətti ikinci tərtib elliptik tənliklər üçün Dirixle məsələsi”  mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə zamanı bir sinif ikinci tərtib qeyri-divergent strukturlu yarımxətti  elliptik tənliklər üçün Dirixle məsələsinin güclü həllinin varlığı araşdırılmışdır. Bu məsələ üçün, verilən tənliyin sağ tərəfinin norması […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

26 may 2021-ci il tarixində saat 10:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun  ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda  Gülər  Vidadi  qızı  Məhərrəmovanın  “Sərhəd şərtinə spektral parametr daxil olan bir sinif kəsilən diferensial operatorun spektral xassələri” mövzusunda 1202.01-Analiz […]

Azərbaycanda mayın 31-dən açıq havada maska taxılması ləğv olunur

Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur. “Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib. Onun sözlərinə görə, eyni zamanda, metro da açılır. pia.az

Alimlər 1 saat ərzində plastik materialları reaktiv yanacağa çevirmək üsulunu yaradıblar

Vaşinqton Dövlət Universitetinin  tədqiqatçıları plastik materialların  reaktiv  yanacaq  tərkibinə və digər dəyərli  məhsullara  çevrilməsi  üzrə innovasiyalı üsul yaradıblar. Yaradılmış yeni üsul plastik materialın təkrar istifadəsini sadələşdirir və iqtisadi cəhətdən daha sərfəli edir.  Beləliklə alimlər orta temperaturların təsiri ilə 1 saat ərzində plastik materialın 90%-ni reaktiv yanacağa və digər dəyərli karbohidrogen məhsullara çevirə biliblər. Müəyyən məhsulların yaradılması üçün […]

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, dosent Mehriban Məmmədovanın 55 yaşı münasibətilə təbrik edirik!

Mehriban Əli qızı Məmmədova 23 may 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1983-cü ildə Bakı şəhərində A.Şaiq adına 54 saylı məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. Mehriban Məmmədova 1988-ci ildə Azərbaycan Dövlət Universitenin mexanika – riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. […]

Faydalı linklər