Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Ramazan ayı başladı

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Ramazan ayı aprelin 14-ə təsadüf edir. Niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür. Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 1 may (Razamanın 18-ci günü), 3 may (Ramazanın 20-ci günü), 5 may (Ramazanın 22–ci günü) və 9 may (Ramazanın 26-cı günü) […]

Alimlər Yerin rəqəmsal oxşarını yaradacaq- İqlim dəyişikliyinin modelləşdirilməsi üçün

Yer sistemini gələcəkdə modelləşdirmək məqsədilə yaradılmış planetimizin rəqəmsal oxşarı ekstremal hallara daha yaxşı hazırlaşmaq istiqamətində müvafiq tədbirlərin görülməsini, ölkələrin siyasətini müəyyənləşdirən şəxslərin dəstəklənməsini nəzərdə tutur. Azərtac “Xaytek” saytına istinadla xəbər verir ki, Avropa alimlərinin və “ETH Zurich” kompüter mütəxəssislərinin hazırladığı yeni strateji sənəddə buna necə nail olmağın üsulları göstərilir. Müşahidə məlumatları Yerin rəqəmsal modelinin təkamül prosesini […]

Artıq düşüncələr oxuna biləcək

Alimlər  beyni oxuyan və düşüncələri danışığa çevirən cihaz hazırlayıb. Kaliforniya Universitetində araşdırma edən komanda bu texnologiyanın həyəcanverici olduğunu bildirib. “Nature” jurnalında yayımlanan araşdırmada qeyd olunur ki, danışıq qabiliyyətini itirmiş xəstələr də bu cihazdan istifadə edə biləcəklər. Düşüncə oxuma texnologiyası iki mərhələdə işləyir. İlk mərhələdə beynin dodaqları, dili, qırtlaq və çənəni hərəkət etdirən hissəsinə elektrotlar yerləşdirilir və beynin […]

Pentaqon koronavirusa qarşı mikroçip yaratdı

Pentaqonda çalışan elm adamları koronavirusla mübarizə məqsədilə yeni mikroçip yaradıblar. Bu barədə “Haber Global” yazıb. Elm adamları yaradılan çipin yoluxma şübhəsi mövcud olan hər kəsin bütün hərəkətlərini izləmək məqsədilə yaradıldığını açıqlayıblar. Sözügedən mikroçip insanlarda COVID-19-u əvvəlcədən müəyyən edə biləcək. “Onu dərinizin altına qoyursunuz və sizə bədəninizdə kimyəvi reaksiyalar olduğunu göstərir. Bu siqnal sabah simptomların üzə […]

İnsan beynində yaşlanmaya qarşı mübarizə mexanizmi aşkar edilib

Salk Bioloji (ABŞ) Araşdırmalar İnstitutunun alimləri insan beyninin sinir hüceyrələrində onları qocalma və zərərdən qoruyan mexanizm tapıb. Alimlərin qənaətinə görə, bu iş beyin hüceyrələri çatışmazlığı DNT-nin (kopyalanma) kompensasiya etməyə imkan verir. Neyronların, insan həyatı boyunca funksiyalarını qoruyaraq, genomdakı ziyanı bərpa etməyi bacardığı məlumdur. Eyni zamanda, yaşlanmaqla genetik bərpanın effektivliyi azalmağa başlayır ki, bu da insanlarda […]

Dünyada koronavirus peyvəndi olanların sayı açıqlandı

Bu günə qədər 154 ölkədə 781 milyondan çox insan COVID-19-a qarşı peyvəndi edilib. “Bloomberg” xəbər verir ki, bu, dünya əhalisinin yalnız 5,1 %-nin tam peyvənd olunduğunu göstərir. Statistik məlumatların mövcud olduğu ölkələrdə orta peyvəndləmə nisbətinin hazırda gündə 17,9 milyon dozaya bərabər olduğu təxmin edilir. Xəbərdə həmçinin hazırlanmış peyvəndlərin qeyri-bərabər paylanmasına da diqqət çəkilib: “Ən yüksək […]

Faydalı linklər