Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər məlumatları birbaşa DNT-də saxlamağa müvəffəq olublar

CentralAsia (CA) Nyu-Yorkdakı Kolumbiya Universitetinin alimləri faktiki olaraq məlumatların saxlanılması və yazılması üçün canlı orqanizm hüceyrələrini miniatür qurğulara çevirməklə, istənilən rəqəmsal daşıyıcıdan məlumatları DNT-yə köçürən yeni texnologiya hazırlayıblar.     Yeni texnologiyanın bir sıra istifadə imkanları var. DNT-nin yığılma texnologiyasının özü yeni deyil. Genetik kodu təşkil edən azotlu əsaslar cəmi dörddür. Laboratoriya şəraitində onları zəncir […]

Respublikanın 7 şəhər və rayonunda magistraturaya qəbul imtahanı aparılıb

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib. DİM-dən AZƏRTAC-a bildirilib ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb. Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 19 min 885 bakalavr ərizə təqdim edib. İmtahan […]

Azərbaycanlı alimin məqaləsi ən çox istinad alanlar sırasındadır

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Complex Variables and Elliptic Equations” jurnalında dərc olunan “Boundedness of the fractional maximal operator in local Morrey-type spaces” adlı məqaləsi “Web of Science” bazasında 88 istinad alaraq, 1546  məqalə arasında 1-ci yerə, yüksəlib. Qeyd edək ki, 2007-ci ildən nəşrinə başlayan Britaniyanın […]

ELAN

Bilgəh (02.03-16.03— 210,00 AZN), Bilgəh (31.03-14.04—180,00 AZN), Abşeron (07.03-21.03— 150,00 AZN), Abşeron (27.03-10.04— 150,00 AZN), Günəşli (27.03-10.04— 150,00 AZN), Günəşli (08.03-22.03— 150,00 AZN), Günəşli (30.03-13.04— 150,00 AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

Belçikada Xocalı soyqırımının qurbanları yad edildi

Belçikada fəaliyyət göstərən Azərbaycan–Belçika Dostluq Cəmiyyətinin üzvləri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçiriblər. Anım mərasimi mövcud pandemiya qaydalarına uyğun təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Belçikanın Ham şəhərində ucaldılmış Qarabağ atı abidəsinin önünə yığışan cəmiyyət üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, abidənin önünə […]

Kiyevdə Xocalıya həsr edilmiş film nümayiş olundu

Bu gün Kiyev şəhər kinoteatrında Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” filmi nümayiş etdirilib. PİA.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin məlumat verib. O bildirib ki, filmin nümayişinə litvalı kinoşünas, ekran əsərinin müəllifi, rejissor və prodüseri Aleksandras Brokas da dəvət olunub. “Film dünyanın bir çox kinozallarında nümayiş etdirilib, xüsusi mükafata layiq görülüb. Çox təsirlidir. Filmin […]

Faydalı linklər