Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

50 yaşdan yuxarı şəxslər peyvənd edilir

Ölkəmizdə vaksinasiyanın bir sonrakı mərhələsinə start verilir. 17 fevral tarixindən etibarən 50 yaş və yuxarı əhalinin vaksinasiya prosesi başlayır. Qeydiyyat bir öncəki qaydada randevu.its.gov.az saytından baş tutacaq.

Misir Mərdanov peyvənd olundu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov koronavirus əleyhinə peyvənd olunub. COVID-a qarşı vaksin Abşeron rayon Mərkəzi xəstəxanasında vurulub. M.Mərdanovun peyvənd olunduğu həmin görüntüləri təqdim edirik: © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“AMEA-nın Xəbərləri”, “İMM Əsərləri” jurnalları redaksiyasının müdiri Esmira Əliyevanın 65 yaşı və elmi katib, f-r.e.n, dos.Tamilla Həsənovanın ad günü münasibəti ilə təbrik edirik

Əliyeva Esmira Tələt qızı 15 fevral 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə rayonunda anadan olmuşdur. 1972-ci ildə Bakı şəhərində 240 saylı orta məktəbi bitirmişdir. 1972-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutun ingilis dili fakültəsində təhsil almışdır. 1977-ci ildən bugünə kimi Riyaziyyat və Mexanika İnstitutunda fasiləsiz olaraq çalışır. Hörmətli Esmira xanım! Siz yüksək insani keyfiyyətlərinizlə, dərin daxili […]

Azərbaycanda daha iki nəfər koronavirusdan ölüb: 128 yeni yoluxma

Azərbaycanda son sutkada koronavirusa 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 232 123 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226 654 nəfər müalicə olunaraq sağalıb, 3180 nəfər vəfat edib, aktiv […]

ICESCO-nun Baş direktoru: Elmdə gender bərbərliyinin təmin edilməsi zamanın tələbidir

Qadın və qızların elmdə rolunun artırılması və bu sahədə gender bərabərliyinin təmin edilməsi zamanın tələbidir. İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) bu istiqamətdə göstərdiyi səyləri davam etdirəcək. AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Beynəlxalq Kral Elm Akademiyasının (RASIT) təşkilatçılığı ilə keçirilən videokonfransda çıxışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik […]

ABŞ-ın bu ştatında 26 fevral Azərbaycan Günü elan edildi

Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü ilə mümkün olub. Bəyanatda qeyd edilib ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin, təbliğ etməklə […]

Faydalı linklər