Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

1 iyul 2025-ci il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Mərkəzi Rəqəmsal Repozitoriya” layihəsinin ilkin görüşü keçirilib. Qeyd edək ki, layihə çərçivəsində pilot olaraq seçilmiş 11 iştirakçı müəssisədə elmi və akademik məlumatların toplanacağı, qorunacağı və açıq şəkildə istifadəsinin təmin olunacağı müasir rəqəmsal məlumat bazaları yaradılacaq […]

Süni intellektin insan münasibətlərinə təsiri

XXI əsrin ən mühüm texnoloji nailiyyətlərindən biri olan süni intellekt (Sİ) artıq təkcə texniki sahələrdə deyil, insan münasibətləri kimi sosial və psixoloji sahələrdə də öz təsirini göstərməyə başlayıb. İllər öncə yalnız elmi-fantastik filmlərdə təsəvvür etdiyimiz bu texnologiya, bu gün gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əmək bazarında, təhsildə, səhiyyədə tətbiq olunan Sİ indi də insan-insan münasibətlərinin […]

Google tələbə və müəllimlər üçün Gemini for Education-u istifadəyə verib

Beynəlxalq Təhsil Texnologiyaları Cəmiyyətinin (ISTE) tədbirində Google tələbələrə və müəllimlərə kömək məqsədilə hazırlanmış bir sıra yeni süni zəka alətini təqdim edib. Onlar arasında Gemini for Education adlı yeni alət də var. Bu, məktəblər üçün Gemini tətbiqinin yeni versiyasıdır və müəssisə səviyyəsində məlumatların qorunmasını təmin edir. Google bu alətə çıxışı əlavə ödəniş olmadan mövcud Education planlarına […]

Azərbaycan Elm Fondu 15-ci “Mobillik qrantı” müsabiqəsini elan edir

Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 15-ci “Mobillik qrantı” müsabiqəsini elan edir. Bu barədə […]

ChatGPT” beyində görün nəyə səbəb olurmuş

Massaçusets Texnologiya İnstitutunun alimləri ilk dəfə olaraq “ChatGPT”dən istifadə sonrası insan beyninin fəaliyyətini araşdırıblar. Tədqiqatın nəticələri xüsusilə gənc istifadəçilər üçün narahatedici siqnallar verir. Təcrübəyə 54 tələbə cəlb olunub və onlar üç qrupa bölünüb:  “ChatGPT” və digər dil modellərindən istifadə edənlər, yalnız internet axtarışı aparanlar, heç bir yardım almadan çalışanlar. İştirakçıların beyin fəaliyyəti elektroensefaloqrafiya (EEQ) vasitəsilə […]

Süni zəkanın düşüncə prosesini izləməyə imkan verən üsul hazırlanıb

Süni zəka sahəsində lider olan Anthropic, Google, OpenAI və xAI şirkətləri “düşüncə zənciri” (chains of thought) adlanan bir üsul hazırlayıblar. Bu üsul süni zəka modellərinin sorğuya cavab yaradarkən düşünmə prosesini addım-addım izləməyə imkan verir. Neyron şəbəkələrin təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyərli ideyalarla yanaşı, bu üsul modellərin “səhv davranış” nümunələrini də ortaya qoyub. Belə hallarda modelin yekun cavabı onun məntiqi düşüncə ardıcıllığına heç uyğun gəlmir. Bu […]

Faydalı linklər