Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İnsan beyninin məlumat tutumu nə qədərdir?

İnsan beyni Britaniya Ensiklopediyası və ya hər hansı bir ensiklopediyadakı məlumatlardan 5 dəfə artığını yadda saxlamaq qabiliyyətinə malikdir. Alimlərin beyinin ölçüsünün dəqiqləşdirilməsinə ehtiyac olsa da, məlum olduğu qədəri ilə, kompüter terminologiyası ilə desək insan beyninə 3-dən 1000 terabayta qədər məlumat yerləşə bilər. Nəzərə alaq ki, 900 il tarix qeyd olunmuş Britaniya Milli arxivi cəmi 70 […]

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 111 959 588 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan 2 477 855 xəstə ölüb, 87 319 594 nəfər sağalıb. Avropada 33 145 586, Şimali Amerikada 32 975 307, Asiyada 24 499 573, Cənubi Amerikada 17 432 976, Afrikada isə 3 854 676 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan […]

Xocalı soyqırımına dair xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş rəsmi sənədlərin siyahısı

Məlum olduğu kimi, Xocalı soyqırımı ilə bağlı xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəsmi sənədlər qəbul edilib. AZƏRTAC həmin sənədlərin siyahısını təqdim edir.

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində […]

“Elm” qəzetində AMEA əməkdaşlarının İkinci Qarabağ müharibəsində iştirakına dair maraqlı məqalə yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri yer alıb. Nəşrin növbəti səhifələrində “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” mövzusunda keçirilən beynəlxalq konfrans, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının, Fizika-Riyaziyyat […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş şəxslər iştirak ediblər. İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. İlk olaraq akademik Ramiz Mehdiyev AMEA Botanika İnstitutunun direktoru, akademik Validə […]

Faydalı linklər