07/10/2020
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 15-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə dair çıxışı yer alıb. Mətbu orqanın növbəti səhifələrində AMEA Rəyasət Heyətinin cəbhə xəttində baş verənlərlə bağlı bəyanatı, AMEA-nın prezidenti, akademik […]
05/10/2020
İyulda Tovuz rayonu istiqamətindəki hücumlardan sonra, ermənilər sentyabrın 27-dən etibarən cəbhə xətti boyunca da ardıcıl həmlələr edərək Azərbaycan ərazi bütövlüyünü və əhalisini hədəf aldılar. Lakin görünən mənzərə odur ki, erməni hərbi təxribatı aldığı dəhşətli cavabdan çətin ki, özünə gələ bilsin. Bu fikirləri AMEA Gənc Alimlər Şurasının üzvü, mexanika-riyaziyyat üzrə fəlsəfə doktoru Emin Bağırov deyib. Alim qeyd […]
04/10/2020
Azərbaycan-Türkiyə münasibətlərinin minilliklərdən gələn böyük tarixi, davamlı və dayanaqlı ənənələri vardır. “Torpağı əkməsən qorumağa, qorumasan əkməyə dəyməz” deyən ulu Dədə Qorqudun vəsiyyətləri Azərbaycan üçün olduğu kimi, qardaş Türkiyə üçün də eyni dərəcədə müqəddəsdir. Dünya şöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyəti və əhəmiyyəti haqqında böyük müdriklik və uzaqgörənliklə dediyi “Tək millət, iki dövlət” […]
30/09/2020
Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri – AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Rəyasət Heyətinin üzvü vəzifəsini icra edənlər – akademiklər Cəmil Əliyev və Gövhər Baxşəliyeva iştirak ediblər. Tədbiri AMEA-nın prezidenti, akademik […]
28/09/2020
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsində ermənilərin təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar müraciəti müstəqil dövlətimizin və xalqımızın haqq sözünün ifadəsidir. Bu sözləri AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Akademik söyləyib ki, qəhrəman Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir: “Arzu edirik ki bu, […]
27/09/2020
Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələri təxribata əl ataraq cəbhəboyu ərazidə yerləşən Azərbaycan kəndlərini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə məruz qoymuşlar. Dinc sakinlər və hərbi qulluqçular arasında itkilərə gətirib çıxaran bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə […]