Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA əməkdaşlarının Web of Science və Scopus elmi bazalarında indeksləşən jurnallarda dərc olunan məqalələri müəyyənləşdiriləcək

Son illər AMEA-da elmin informasiya bazasının gücləndirilməsi, alimlərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, onların nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda əsərlərinin sayının artırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu tədbirləri davam etdirmək, eyni zamanda, AMEA alimlərinin sosial müdafiəsini gücləndirmək, onları daha yüksək səviyyəli elmi tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 22 iyun 2020-ci il tarixində “2019-cu […]

Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb

Hazırda dünyada koronavirusa qarşı 141 vaksinin hazırlanması istiqamətində işlər davam etdirilir. riamo.ru saytının məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, bəzi preparatların tam hazır olmasına bir neçə ay tələb olunur. ÜST rəhbəri qeyd edib ki bu vaksinlərin virusdan tam müdafiə etməsinin təminatı olmasa da, təşkilat vaksinlərə ümid bəsləyir. Qeyd edək […]

AMEA magistrantlarının dissertasiya işlərinin müdafiəsi yekunlaşıb

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə yaradılmış İxtisaslaşdırılmış müdafiə şuralarında magistrlik dissertasiyalarının müdafiələri onlayn şəkildə uğurla həyata keçirilib. Müvafiq ixtisaslar üzrə yaradılmış 18 İxtisaslaşdırılmış şurada 49 ixtisas üzrə 67 magistrant dissertasiya işini müdafiə edib. Müdafiələrdə AMEA-nın 150-yə yaxın alimi iştirak edib, magistrantların tədqiqat mövzularının təqdimatı çoxmeyarlı (aktuallıq, elmi yenilik, elmi hazırlıq, təqdimat bacarıqları, ədəbiyyatlardan […]

Misir şirkəti COVID-19 xəstələrinin müalicəsində istifadə ediləcək dərmanların istehsalına başlayıb

Misirin “Eva Pharma” əczaçılıq şirkəti COVID-19-a yoluxan xəstələrin müalicəsində istifadə ediləcək “Remdesivir” və “Favipiravir” dərman preparatlarının istehsalına başlayıb. Bu dərmanlardan birincisi intensiv müalicə olunan pasiyentlərin orqanizminin oksigenlə təmin edilməsini asanlaşdırır. Bundan əvvəl qeyd olunan preparat Ebola virusuna yoluxanların müalicəsində istifadə edilib. gmpnews.ru saytı xəbər verir ki, ABŞ-ın “Gilead Science” şirkətindən lisenziya alan “Eva Pharma” firması “Remdesivir”i 127 […]

“Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb. Qəzetin ilk səhifəsində “Ölkə Prezidenti İlham Əliyev: Avropa İttifaqı ilə əməkdaşlıq dövlətimizin xarici siyasətinin əsas prioritetlərindəndir” başlıqlı geniş material yer alıb. Mətbu orqanın ikinci səhifəsində “Akademik Ramiz Mehdiyev Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpa və yenidənqurma işləri ilə tanış olub” sərlövhəli məqalədə […]

2020/2021-ci tədris ili üçün Azərbaycan bölməsi üzrə magistraturaya 8 minə yaxın tələbə qəbul olub

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən 8324 nəfər magistraturaya qəbul olunub. Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689 nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarında təhsil alacaq. Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ […]

Faydalı linklər