03/06/2020
Rusiyada Eksperimental Tibb İnstitutunun alimləri tərəfindən koronavirusa qarşı yoğurtşəkilli peyvənd hazırlanır. m24.ru saytı xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Vladimir Çexonin deyib. O, bildirib ki, hazırda dərmanın klinik sınaqları aparılır. Yeni preparat aerozol və ya instillyasiya şəklində ağız vasitəsilə bədənə daxil olan mukozal peyvəndlər növünə aiddir.
03/06/2020
Rusiya Federasiyası Baş Nazirinin müavini Dmitriy Çernışenko koronavirusa qarşı kütləvi vaksinasiyaya payızda başlanılmasının nəzərdə tutulduğunu bildirib. ria.ru saytı xəbər verir ki, D.Çernışenko vaksinasiya üzərində işlərin tam sürətlə davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, mütəxəssislər payızda kütləvi vaksinasiyaya başlamağın mümkünlüyünü söyləyirlər. O, əlavə edib ki, hələlik insanlar infeksiya risklərini nəzərə almaqla yaşamağı öyrənməlidir.
31/05/2020
Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Mərkəzində koronavirus infeksiyasına qarşı peyvənd hazırlanıb. vedomosti.ru saytının məlumatına görə, yeni peyvənd burun damcısı şəklindədir. Mərkəzin baş direktoru Rinat Maksyutov bildirib ki, peyvəndin heyvanlar üzərində sınaqları uğurlu olub. Hazırda preparatın insanlar üçün səmərəliliyi və zərərsizliyi araşdırılır. Qeyd edək ki, Rusiyada ümumilikdə 47 peyvənd üzərində tədqiqat işləri aparılır.
28/05/2020
Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 102 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq […]
25/05/2020
Rusiyada COVID19-a qarşı vaksinin rəsmi sınaqları hələlik aparılmasa da, artıq Səhiyyə Nazirliyinin N.F.Qamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin əməkdaşları onu öz orqanizmlərində yoxlayıblar. Bu barədə elmi-tədqiqat institutunun direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Ginsburq bildirib. O, qeyd edib ki, vaksinin əks təsirləri olmayıb. Lakin eksperimenti rəsmi sınaqlar üçün Səhiyyə Nazirliyindən icazə alındıqdan […]
25/05/2020
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı […]