28/04/2020
İclasda institutda təhsil alan magistrlərin tədrisinin gedişi barədə elmi işlər üzrə direktor müavini professor Ədalət Axundov məlumat vermişdir. O qeyd etmişdir ki, magistrlərə əvvəlcədən təsdiq olunmuş dərs cədvəlinə əsasən onlayn formada dərslər keçirilir və bu iş karantin müddətində davam etdiriləcəkdir. İkinci kurs magistrlərin dissertasiya işlərinin vəziyyəti barədə Ədalət Axundov məlumat verərək bildirmişdir ki, bu il […]
27/04/2020
Rusiyada mümkün qədər qısa zamanda koronavirusdan müdafiə edən təsirli vaksin hazırlanacaq. Bu barədə V.A.Engelqardt adına Molekulyar Biologiya İnstitutunun İmmunitetin molekulyar mexanizmləri laboratoriyasının rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin İmmunologiya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Sergey Nedospasov bildirib. Alim qeyd edib ki, virusda vaksinin alınmasına mane olan heç nə tapılmayıb. Onun […]
13/03/2020
13.03.2020-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorlar“ mövzusunda məruzə edib. Məruzədə multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunub. […]
13/03/2020
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması, işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin dayandırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılıb. […]
13/03/2020
14 mart – Beynəlxalq Riyaziyyat Günüdür. Beynəlxalq Riyaziyyat Birliyi dünya əhalisinin həll etməyə çalışdığı qlobal məsələlərin – iqlim dəyişikliyi, bioloji müxtəlifliyin itirilməsinin qarşısının alınması, dünya əhalisinin sayının durmadan artması fonunda ərzaq ehtiyaclarının proqnozlaşdırılması, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında riyaziyyatın verdiyi töhfələri nəzərə alaraq, Beynəlxalq Riyaziyyat Gününün keçirilməsi təşəbbüsü ilə UNESCO-ya müraciət edib. UNESCO Baş Assambleyasının 2019-cu […]
12/03/2020
AMEA-nın Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib. Ölkə Prezidenti İlham Əliyevin siyasi-ideoloji çağırışlarının işığında yeni yaradılmış mərkəzin əhəmiyyətindən danışan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müşavirənin məqsədindən söz açıb. Bildirib ki, azərbaycançılığın müstəqil Azərbaycan dövlətinin ideya əsasını təşkil etməsi, onun bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasına çevrilməsi ümummilli lider Heydər […]