Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Rəyasət Heyətinin iclasında mühüm məsələlər müzakirə olunub

Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli gündəlikdə yer alan ilk məsələ, beş cilddə nəşr edilməsi nəzərdə tutulan “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabı barədə məlumat verib. Kitabın ideyası, məzmunu, redaksiya və müəlliflər heyəti ilə bağlı geniş müzakirələr […]

“Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin ”Qeyri-xətti (yarımxətti) II-ci tərtib elliptik tənliklərin güclü həlləri haqqında” mövzusunda birgə seminarı keçirilib

04.03.2020-ci il tarixində “Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin birgə seminarı keçirilmişdir. Seminarda  r.e.d. Rabil Amanulla oğlu Amanov ”Qeyri-xətti (yarımxətti) II-ci tərtib elliptik tənliklərin güclü həlləri haqqında” mövzusunda məruzə etmişdir. Məruzə zamanı qeyri-xətti hissənin qradiyentə görə müəyyən artım şərti daxilində və fəza dəyişəninə görə müəyyən Lebeq sinfindən olan   Sobolev fəzasında qeyri-xətti  II-ci tərtib […]

Riyaziyyat elmləri doktoru Mübariz Qafarşah oğlu Hacıbəyovun “Hiperqruplarda kəsr tərtibli inteqrallar” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Mübariz Qafarşah oğlu Hacıbəyovun “Hiperqruplarda kəsr tərtibli inteqrallar” mövzusunda məruzə etdi. Məruzə hiperqruplarda verilmiş kəsr tərtibli inteqrallar arasında bərabərsizliklər və kəsr tərtibli inteqralların çəkili Lebeq fəzalarında məhdudluğu məsələlərinə həsr olunmuşdur. © Bütün hüquqlar […]

AMEA-nın prezidenti İtaliyanın nüfuzlu nəşriyyat evinin rəhbəri ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti və memar Laura Peretti ilə görüşüb. Tədbirdə AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev də iştirak ediblər. Görüşdə çıxış edən akademik Ramiz Mehdiyev Azərbaycanla İtaliya arasında tarixən mövcud olmuş əlaqələrdən söhbət açıb, bugünkü tədbirin iki ölkə arasında münasibətlərin möhkəmlənməsi baxımından […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının ilk iclası keçirilib

Martın 3-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının ilk iclası keçirilib. İnformasiya Texnologiyaları İnstitutunda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, akademik Rasim Əliquliyev, Elmi şuranın üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı şəxslər iştirak ediblər. Öncə akademik Rasim Əliquliyev gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb. Daha sonra bir sıra […]

Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı işə başlayıb

Martın 3-də AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun maliyyə dəstəyi ilə baş tutan tədbir AMEA-nın 75 illiyinə həsr olunub. Beynəlxalq konfransda AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, […]

Faydalı linklər