Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fevralın 20-də AMEA-nın Azad Həmkarlar İttifaqı və Qadınlar şurasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib. AMEA-nın Əsas binasında baş tutan tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından […]

AMEA-da fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsi üzrə yaradılmış komissiyanın iclası keçirilib

AMEA prezidentinin 31 yanvar 2020-ci il tarixli sərəncamına əsasən fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsini təşkil etmək məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib. İclasda AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, komissiyanın sədri – professor İlham Məmmədzadə, üzvləri – professorlar İzzət Rüstəmov, Qoşqar Əliyev və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, i.e.ü.f.d. Fail Kazımov iştirak edib. Tədbirdə […]

Doktoranturaya fəlsəfə fənni üzrə qəbul imtahanı keçirilir

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 10 dekabr 2019-cu il tarixli sərəncamına əsasən ötən il üçün doktorantura və dissertanturaya qəbul elan edilib. Fəlsəfə fənnindən qəbul imtahanı bu gün AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada baş tutub. Elm və təhsil idarəsinin rəisi, i.e.ü.f.d. Fail Kazımov imtahan prosesi haqqında məlumat verib. O, AMEA rəhbərinin […]

AMEA və TÜBİTAK-ın layihə təklifləri üzrə növbəti seminar keçiriləcək

Fevralın 24-də saat 10:00-da Mərkəzi Elmi Kitabxanada AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq protokolu üzrə müştərək proqram çərçivəsində layihə təklifləri ilə əlaqədar növbəti məlumatlandırma seminarı keçiriləcək. Seminarda müsabiqə şərtləri və ərizə formasının doldurulmasına dair ətraflı məlumat veriləcək. Tədbirdə iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidir. Ünvan: Bakı şəh., H.Cavid pr. 129, IV mərtəbə © […]

AMEA-da Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

Fevralın 19-da AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib. Görüşdə AMEA rəhbərliyi, akademiyanın elmi müəssisə və təşkilatlarının elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya şuralarının sədrləri və bu şuraların elmi katibləri iştirak ediblər. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq son zamanlar akademiyada müxtəlif dövlət qurumları ilə […]

“Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru  Misrəddin Allahverdi oğlu Sadıqov “Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda məruzə edib. İşdə bərabərliklə məhdudiyyət requlyarlıq şərtini ödəmədikdə riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün birinci və ikinci tərtib zəruri şərt alınmışdır. İşdə həmçinin sərhəd şərtli optimal idarə məsələsi üçün zəruri […]

Faydalı linklər