Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Süni intellektə bağlanırıq?

Son dövrlər insanların süni intellektlə qarşılıqlı əlaqəsi tez-tez baş verdiyindən çoxları üçün bu münasibət artıq bağlılığa çevrilmək üzrədir. Yaponiyanın Vaseda Universitetinin tədqiqatçıları bu münasibəti psixoloji model prizmasından nəzərdən keçirmək qərarına gəliblər. Elm adamları emosional cəhətdən “bağlılığı” ölçən xüsusi texnika-EHARS şkalası yaradıblar. Məlum olub ki, insanların bəziləri həqiqətən dəstək və məsləhət üçün süni intellektə müraciət edirlər. […]

ChatGPT bulud yaddaşlardakı fayllarla işləməyi öyrənib

ChatGPT biznes istifadəçiləri üçün bulud yaddaş sistemləri ilə işləməyi öyrənib. İndi süni zəka Google Disk, Dropbox, Box, SharePoint və OneDrive platformalarına qoşularaq şirkətlərin daxili sənədləri əsasında məlumat axtara və dərin analiz (deep research) apara bilər. Çat-bot həmçinin görüşləri yazıb canlı yayımlaya, taymkodlarla qeydlər yarada, əsas məqamları seçə və müzakirələr əsasında fəaliyyət təklifləri təqdim edə bilir. […]

Qurban Bayramınız Mübarək !

Hörmətli həmkarlar! Sizi müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik! Bu əziz bayramın hər birinizin ailəsinə bol ruzi, sevinc və xoşbəxtlik gətirməsini arzulayırıq. Qurban Bayramı birlik, mərhəmət və paylaşmaq ruhunu yaşadan müstəsna bir gündür. Bu dəyərlərin hər zaman həyatımıza işıq tutmasını və bizi daha da birləşdirməsini diləyirik. Bayram münasibətilə sizə və ailənizə can sağlığı, xoşbəxtlik […]

Yapon alimlər süni qanın yaradılmasına çox yaxınlaşıblar

Donor qanına daim artan tələbat şəraitində, xüsusilə də aşağı və orta gəlirli ölkələrdə, süni qan əvəzedicilərinin hazırlanması müasir tibbin ən aktual vəzifələrindən biridir. Nara Tibb Universitetindən (Yaponiya) Hiromi Sakai rəhbərliyindəki tədqiqat qrupu bu sahədə mühüm irəliləyiş əldə edib. Onların hazırladıqları süni qan – istənilən qan qrupu olan pasientlər üçün uyğun olan universal preparat – transfuziologiya sahəsində […]

İnternetin sürətində yeni dövr başlayır

İnformasiya ötürülməsi sahəsində əldə edilən son nailiyyət yeni dövrün başlanğıcını göstərir. Belə ki, Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun mühəndisləri standart qalınlıqlı optik lif kabelindən istifadə edərək internet sürətində heyrətamiz uğura imza atıblar. Onlar saniyədə 402 terabit sürətlə məlumat ötürərək dünya rekordunu yeniləyiblər. “MixNews”un verdiyi məlumata əsasən, bu, əvvəlki göstəricini 25 faiz üstələyir. Mütəxəssislərin […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində növbəti vətəndaş qəbulu keçirilib

Mayın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların alimlərin mükafatlandırılması, ali təhsil müəssisəsinə bərpa və digər mövzularla bağlı müraciətləri dinlənilib. Müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Agentlik rəhbərliyi tərəfindən müəyyən olunmuş qrafikə […]

Faydalı linklər