Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Akademik Ramiz Mehdiyevin nəzəri baxışlarında Azərbaycanın liderlik fenomeni

XXI əsr dünyada qlobal siyasi rəqabətlərin gücləndiyi milli dövlətlərin özünütəsdiqi, innovasiyalılıq, rəqəmsal strategiya dövrüdür. 24 yanvar 2020-ci il Davos Forumu çərçivəsində Prezident İlham Əliyevin “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda səsləndirdiyi fikirlər müstəqil Azərbaycan reallıqlarını əks etdirir. Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Azərbacan həyata keçirilən uğurlu xarici və daxili siyasət nəticəsində regionda və dünyada […]

Azərbaycan ilə Rusiya arasında elmi əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb. Akademiyanın Rəyasət Heyətində baş tutan görüşdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli və Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin də iştirak ediblər. Akademik Ramiz Mehdiyev qonaqları salamlayaraq Azərbaycan və Rusiya arasında xüsusən müstəqillik illərində yaradılan və bu gün də uğurla davam […]

Alimlər Avropa Komissiyasının COST proqramı üzrə maarifləndirilib

Fevralın 6-da Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə məlumatlandırma seminarı keçirilib. Tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, respublikanın ali təhsil, eləcə də elmi-tədqiqat mərkəzlərinin, həmçinin AR Əqli Mülkiyyət Agentliyi, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi və digər qurumların nümayəndələri iştirak […]

“Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru  Misrəddin Allahverdi oğlu Sadıqov “Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda məruzə edib. İşdə bərabərliklə məhdudiyyət requlyarlıq şərtini ödəmədikdə riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün birinci və ikinci tərtib zəruri şərt alınmışdır. İşdə həmçinin sərhəd şərtli optimal idarə məsələsi üçün zəruri […]

AMEA-da Azərbaycan Əsilli Alimlərin Assosiasiyası yaradılacaq

AMEA Rəyasət Heyətinin fevralın 5-də keçirilmiş iclasında xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması məsələsi müzakirə olunub. Mövzu ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, ölkələrarası əlaqələrin sürətli inkişafı, dünyada qlobal problemlərin mövcudluğu və elmi inteqrasiyanın getdikcə daha da genişlənməsi alimlərin ortaq fəaliyyətini şərtləndirir. Hazırda dünyanın nüfuzlu elm və təhsil […]

AMEA-da mülki müdafiə tədbirləri gücləndirilir

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib. AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, akademiyada mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin “Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə başçısının […]

Faydalı linklər