24/01/2020
Akademiyanın Rəyasət Heyətində AMEA əməkdaşlarının Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görüşün Azərbaycan Respublikasının daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanının sədri Vüqar Gülməmmədovun Akademiya əməkdaşlarını maraqlandıran sualları cavablandırmaq və əməkdaşlara tövsiyələrini vermək məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb. Sonra Azərbaycan Respublikasının Hesablama Palatasının sədri […]
24/01/2020
Yanvarın 23-də Azərbaycan Milli Kitabxanasında “Azərbaycan Milli Elmlər Akademiyası – 75” adlı kitab sərgisi açılıb. Sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixindən bəhs edən kitablar, ayrı-ayrı institutlarının nəşrləri, əməkdaşlarının Azərbaycanda və xarici mətbuatda çap edilmiş məqalələri nümayiş olunur. Sərgi bir həftə davam edəcək. © Mənbə: www.science.az
24/01/2020
Dövlət İmtahan Mərkəzi tərəfindən “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr olunub. Xüsusi buraxılışda ölkəmizin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap edilib. © Mənbə: www.science.az
24/01/2020
Seminarı giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açmışdır. Seminarda İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri, Avropa Birliyinin Elmi-Tədqiqat və İnnovasiya Çərçivə Proqramı HORİZON2020-nin Azərbaycanda İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) istiqamətində Azərbaycanda Milli Təmsilçisi, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Arxeologiya və Etnoqrafiya İnstitutunun […]
24/01/2020
Görüşdə institutun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov; İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri, Avropa Birliyinin Elmi-Tədqiqat və İnnovasiya Çərçivə Proqramı HORİZON2020-nin Azərbaycanda İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) istiqamətində Azərbaycanda Milli Təmsilçisi, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev; Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, HORİZON 2020-nin Maria Sklodovskaya-Küri Proqramı üzrə […]
23/01/2020
Yanvarın 23-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində elan olunan müsabiqəyə dair məlumatlandırma seminarı keçirilib. Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələr şöbələrinin məsul şəxsləri, akademiyanın gənc alimləri, eləcə də respublikanın ali təhsil və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri […]