04/03/2020
04.03.2020-ci il tarixində “Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin birgə seminarı keçirilmişdir. Seminarda r.e.d. Rabil Amanulla oğlu Amanov ”Qeyri-xətti (yarımxətti) II-ci tərtib elliptik tənliklərin güclü həlləri haqqında” mövzusunda məruzə etmişdir. Məruzə zamanı qeyri-xətti hissənin qradiyentə görə müəyyən artım şərti daxilində və fəza dəyişəninə görə müəyyən Lebeq sinfindən olan Sobolev fəzasında qeyri-xətti II-ci tərtib […]
04/03/2020
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Mübariz Qafarşah oğlu Hacıbəyovun “Hiperqruplarda kəsr tərtibli inteqrallar” mövzusunda məruzə etdi. Məruzə hiperqruplarda verilmiş kəsr tərtibli inteqrallar arasında bərabərsizliklər və kəsr tərtibli inteqralların çəkili Lebeq fəzalarında məhdudluğu məsələlərinə həsr olunmuşdur. © Bütün hüquqlar […]
04/03/2020
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti və memar Laura Peretti ilə görüşüb. Tədbirdə AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev də iştirak ediblər. Görüşdə çıxış edən akademik Ramiz Mehdiyev Azərbaycanla İtaliya arasında tarixən mövcud olmuş əlaqələrdən söhbət açıb, bugünkü tədbirin iki ölkə arasında münasibətlərin möhkəmlənməsi baxımından […]
04/03/2020
Martın 3-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının ilk iclası keçirilib. İnformasiya Texnologiyaları İnstitutunda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, akademik Rasim Əliquliyev, Elmi şuranın üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı şəxslər iştirak ediblər. Öncə akademik Rasim Əliquliyev gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb. Daha sonra bir sıra […]
04/03/2020
Martın 3-də AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun maliyyə dəstəyi ilə baş tutan tədbir AMEA-nın 75 illiyinə həsr olunub. Beynəlxalq konfransda AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, […]
04/03/2020
Aprelin 29-dan mayın 1-dək ABŞ-ın Milli Elmlər Akademiyasında “Bizim planetimiz bizim gələcəyimizdir” mövzusunda ilk Nobel Mükafatı Sammiti keçiriləcək. nobelprize.org saytı xəbər verir ki, Nobel Fondu və ABŞ Milli Elmlər Akademiyası tərəfindən təşkil olunacaq tədbirdə 20-dək Nobel mükafatı laureatı, alim və siyasətçilər, o cümlədən biznes liderləri, aparıcı gənclər iştirak edəcək. Sammitdə iqlim dəyişikliyi, geosiyasi alyanslar, iqtisadi bərabərsizlik, […]