26/02/2020
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahanın nəticələri ilə www.e-gov.az linki vasitəsilə tanış olmaq mümkündür. İmtahanda iştirakı nəzərdə tutulan 15 min 738 bakalavrdan 183 nəfəri imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə 95 bal olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Bakalavrlar iyunun 8-dən […]
25/02/2020
25 Fevral 2019-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda 26 Fevral – XOCALI SOYQIRIMININ ANIM GÜNÜ ilə əlaqədar olaraq Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının Təşəbbüsü ilə tədbir keçirildi. Tədbirdə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri – ŞƏMİSTAN ƏLİZAMANLI iştirak etdi. Tədbiri açan RMİ-nin direktoru AMEA-nın […]
24/02/2020
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin: Komissiyanın sədri Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri Komissiyanın üzvləri Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti […]
24/02/2020
Fevralın 24-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində elan olunan müsabiqəyə dair növbəti maarifləndirici seminar keçirilib. İnteraktiv şəraitdə baş tutan tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də respublikanın ali təhsil və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər. […]
21/02/2020
21.02.2020-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatoru və onun yüksək tərtibli kommutatoru” mövzusunda məruzəsi olub. Məruzədə Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatoru və onun yüksək tərtibli kommutatorunun […]
20/02/2020
Fevralın 20-də AMEA-nın Azad Həmkarlar İttifaqı və Qadınlar şurasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib. AMEA-nın Əsas binasında baş tutan tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından […]