10/03/2020
Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilib. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü […]
06/03/2020
8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi İnstitutun qadın əməkdaşlarını təbrik etdi. Bayramla bağlı 6 mart 2020-ci ildə tədbir keçirildi. Tədbirdə Azərbaycanın görkəmli teatr aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti, əməkdar artist (2002) Azad Şükürov iştirak etdi. Tədbiri açan Riyaziyyat və Mexanika İnstitutunun direktoru […]
06/03/2020
Martın 5-də AMEA-nın Rəyasət Heyətində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, bu mötəbər elm məbədində işləyən qadın əməkdaşları və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara can sağlığı […]
05/03/2020
Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin kiçik elmi işçisi, riyaziyyat elmləri üzrə fəlsəfə doktru Nicat Əliyev “Yüksək tərtibli normasının hesablanması üçün alt fəza üsulu” mövzusunda məruzə edib. Məruzədə alt fəza üsullarından istifadə etməklə yüksək tərtib dinamik sistemlərin normalarının təqribi hesablanmasından danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]
05/03/2020
Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli gündəlikdə yer alan ilk məsələ, beş cilddə nəşr edilməsi nəzərdə tutulan “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabı barədə məlumat verib. Kitabın ideyası, məzmunu, redaksiya və müəlliflər heyəti ilə bağlı geniş müzakirələr […]
04/03/2020
04.03.2020-ci il tarixində “Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin birgə seminarı keçirilmişdir. Seminarda r.e.d. Rabil Amanulla oğlu Amanov ”Qeyri-xətti (yarımxətti) II-ci tərtib elliptik tənliklərin güclü həlləri haqqında” mövzusunda məruzə etmişdir. Məruzə zamanı qeyri-xətti hissənin qradiyentə görə müəyyən artım şərti daxilində və fəza dəyişəninə görə müəyyən Lebeq sinfindən olan Sobolev fəzasında qeyri-xətti II-ci tərtib […]