13/12/2019
“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cisim mexanikasının müasir problemləri” adlı seminarı keçirildi. Seminarda aparıcı elmi işçi Minəvər Vaqif qızı Mir-Səlim-zadə “Deşikli və çatları olan stringerli lövhənin gərginlik vəziyyətinin minimuma endirilməsi” mövzusunda məruzə etdi. Məruzədə sərhədsiz izotrop stringerli iki düzxətli çatla zəiflədilmiş lövhənin, deşiyin konturunda gərginlik vəziyyətinin minimuma endirilməsi məsələsinə baxıldı. Çatların ucları ətrafında gərginlik […]
13/12/2019
Dekabrın 12-də AMEA Rəyasət Heyətinin üzvləri və aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən institut və təşkilatların nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri Xiyabana gələrək, ulu öndərin məzarını ziyarət ediblər. Elmi ictimaiyyətin nümayəndələri dahi lider Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri […]
12/12/2019
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində məqaləsi çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Analysis and Mathematical Physics” (https://link.springer.com/journal/13324) 1.792 yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda dərc edilib. “Bircins tipli fəzalarda olan Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr […]
12/12/2019
Dekabrın 11-də AMEA-nın Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, bölmənin akademik-katibi, akademik Nazim Məmmədov, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti əməkdaşlar iştirak ediblər. İclası akademik Nazim Məmmədov açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, bugünkü iclasda bölmənin Fizika, Radiasiya Problemləri və Biofizika institutlarının, […]
11/12/2019
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun və Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun həmmüəllifi olduğu məqalə Cənubi Koreyanın nüfuzlu “Structural Engineering and Mechanics” impakt faktorlu jurnalında nəşr olunub. “Oxasimmetrik boyuna dalğaların qeyri-bircins ilkin gərginlikli “içiboş silindir-ətraf mühit” sistemində dispersiyası” adlı məqalənin nəşr olunduğu jurnal Struktur Mühəndislik və Mexanika Beynəlxalq […]
11/12/2019
Dekabrın 10-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələləri təqdim edib, iclasda bir sıra elmi-təşkilatı məsələlərə dair müzakirələrin aparılacağını diqqətə çatdırıb. Sonra çıxış edən AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 21 […]