Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycandan beşinci universitet “QS Stars” beynəlxalq reytinq sistemində 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən keçirilən “QS Stars” reytinq sistemində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib. “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Türk dövlətləri arasında strateji tərəfdaşlıq möhkəmlənir” başlıqlı icmal yer alıb. Bugünkü sayın ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin  iştirak etdiyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxlaq konfrans, “Faşizm üzərində qələbədə imzamız” […]

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi Niyazi Ələddin oğlu İlyasovun 70 yaşı tamam olur

Niyazi Ələddin oğlu İlyasov 23 may 1955-ci ildə Mingəçevir şəhərində anadan olub. 1972-ci ildə Mingəçevir şəhər 3 saylı orta məktəbi bitirib. 1972-1975-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakltəsinin əyani şöbəsində “riyaziyyat”ixtisası üzrə təhsil alıb.1979-1982-ci illərdə SSSR-in Elmlər Akademiyasının V.A Steklov adına Riyaziyyat İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aspirantı,1987-ci ildə professor S.B.Steçkinin rəhbərliyi ilə “Funksiyaların struktur və […]

Generativ süni zəka istehsal sahəsində insanların 80%-ni əvəz edə bilər

Generativ süni zəka yeni nəsil zavodlarda istehsal işlərinin 80%-ni yerinə yetirə bilər, lakin qalan 20% tapşırıqlar üçün hələ də ixtisaslı mütəxəssislər – insanlar tələb olunacaq. Bu fikri Computex 2025 sərgisi çərçivəsində Taybeydə çıxış etmiş dünyanın ən böyük kontrakt elektronika istehsalçısı olan Foxconn şirkətinin sədri Young Liu səsləndirib. “Bu təcrübədən əvvəl düşünürdük ki, bəlkə də insanları, hər bir işçini əvəz edə bilərik. Amma […]

Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” reytinq agentliyi arasında ikitərəfli görüş keçirilib

Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Times Higher Education” beynəlxalq reytinq agentliyinin (THE) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin THE reytinqlərində cari göstəriciləri və perspektivləri müzakirə olunub. Eyni zamanda, növbəti aylarda ikitərəfli əməkdaşlıq çərçivəsində həyata […]

“Milli-mənəvi dəyərlər və insan haqları” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Riyaziyyat və Mexanika İnstitutunda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Milli-mənəvi dəyərlər və insan haqları” mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. […]

Faydalı linklər