Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri professor Əkbər Əliyevi 70 yaşı münasibətilə təbrik edirik!

Professor Əkbər Bayram oğlu Əliyev 1950-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində anadan olub. 1972–ci ildə Azərbaycan Dövlət Universitetinin  (Bakı Dövlət Universiteti) Mexanika – Riyaziyyat  fakültəsini Riyaziyyat ixtisası üzrə bitirib. 1972-1975-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunun nəzdində Riyazi  fizika  ixtisası  üzrə aspiranturada oxuyub. 1975-ci idə həmin institutda  kiçik  elmi  işçi  vəzifəsinə  qəbul  edilib, […]

Professor Aqil Xanmmədov “Exponensial potensiallara malik olan Şredinger tənliklərin xüsusi həlləri və onların tətbiqləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Diferensial tənliklər şöbəsinin baş elmi işçisi professor Aqil Xanmmədov “Exponensial potensiallara malik olan Şredinger tənliklərin xüsusi həlləri və onların tətbiqləri” mövzusunda məruzə edib. Məruzədə eksponensial potensaillara malik olan Şredinger tənlikləri haqqında məlumatlar verildi. Belə tənlilklərinin ücbucaq göstərilişə malik olan xüsusi həllərinin qurulması, onların […]

Magistraturaya qəbul qaydalarında dəyişiklik edilib

Nazirlər Kabineti Azərbaycan Respublikasının “Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur. Qeyd […]

X.B.Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 13 yanvar 2020-ci il.

Dünya şöhrətli riyaziyyatçı alim professor Oktay Vəliyevin dünyanın ən nüfuzlu nəşriyyatlarından biri olan Springer nəşriyyatında “Çoxçölçülü Periodik Şredinger Operatoru Həyacanlanma Nəzəriyyəsi və Tətbiqləri” adlı monoqrafiyası işıq üzü görmüşdür

Bu günlərdə həmyerlimiz, hazırda Türkiyədə çalışan dünya şöhrətli riyaziyyatçı alim professor Oktay Vəliyevin dünyanın ən nüfuzlu nəşriyyatlarından biri olan Springer nəşriyyatında “Çoxçölçülü Periodik Şredinger Operatoru Həyacanlanma Nəzəriyyəsi və Tətbiqləri” adlı monoqrafiyası ikinci dəfə işıq üzü görmüşdür. Həmyerlimizi bu böyük müvəffəqiyyəti münasibəti ilə ürəkdən təbrik edir, ona daha yüksək yaradıcıllıq uğurları arzu edirik. Kitab haqqında qısa […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər

13 yanvar tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz”, “Riyazi fizika ”, “Hesablama diaqnostikası”, “Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla həlli  ”, ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün “Harmonik analizin müasir problemləri” , “Riyazi fizikanın klassik və müasir problemləri”, “Diferensial tənliklərin təqribi həll üsulları” , “Riyazi statistika”  fənnlərindən,  “Riyazi fizika”, […]

Faydalı linklər