Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Çində elektrik enerjisinin birbaşa ötürülməsi layihəsinə başlanılıb

Çinin Sincan-Uyğur Muxtar bölgəsində yerləşən Hami şəhərindən Çuntsinə ±800 kV ultra yüksəkgərginlikli birbaşa cərəyan ötürülməsi layihəsinə başlanılıb. Bu barədə  Sinxua agentliyi məlumat verib. 2260 kilometr uzunluğunda olan elektrik xəttinin gücü 14,2 milyon kVt təşkil edir. Onun təxminən 70 faizi, yəni 10,2 milyon kVt-ı külək və günəş enerjisi hesabına təmin olunur. Yeni xəttin hər il 36 milyard […]

Nazir: Ali təhsil müəssisələrimizin “THE Impact 2025”dəki nəticələri ürəkaçandır

“Bu axşam “THE Impact 2025”in reytinq siyahısı açıqlanacaq. Sevindirici haldır ki, Azərbaycan universitetləri də bu reytinq sıralamasında yer alıb. Hazırda rəsmi açıqlamaları gözləyirik. Sadəcə onu deyə bilərəm ki, nəticələrimiz ürəkaçandır”. Bu fikri İstanbulda keçirilən “Qlobal Dayanıqlı İnkişaf” konqresi çərçivəsində Azərbaycan media nümayəndələrinin suallarını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev ifadə edib. O deyib: “Artıq […]

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Insan hüquqları hər bir fərdin doğuluşdan malik olduğu, toxunulmaz və ümumbəşəri dəyərlər toplusudur. Bu hüquqların qorunması, təminatı və inkişaf etdirilməsi demokratik cəmiyyətlərin əsas prinsiplərindən sayılır. Azərbaycan Respublikasında iyunun 18-i məhz bu dəyərlərin dövlət səviyyəsində təşviqinə və möhkəmləndirilməsinə həsr olunub. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul edilib […]

İsraildə tənəffüs əsasında şəxsiyyətin təyini sistemi hazırlanıb

Alimlər uzun müddətdir ki, insanın nəfəs ritminin unikal olduğunu ehtimal edirdilər, lakin yalnız bir sıra yeni təcrübələr bunun nə dərəcədə doğru olduğunu sübut edə bildi. Bu məqsədlə İsraildən olan tədqiqatçılar nəfəsi sol və sağ burun dəliyi üzrə ayrı-ayrılıqda qeydə alan geyilə bilən sensor hazırlayıblar. Gündəlik məlumatların yazılmasından sonra sistem tənəffüs ritmi əsasında şəxsi 96.8% dəqiqliklə […]

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan artıq 32 il keçir. Bu tarix Azərbaycan xalqı üçün sadəcə bir təqvim bayramı deyil, milli dövlətçiliyimizin yenidən dirçəldiyi, müstəqilliyimizin qorunduğu taleyüklü gündür. Məhz həmin gün Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəni dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxardı, müstəqil […]

Azərbaycan və Çin elm, texnologiya, süni intellekt üzrə əməkdaşlığa dair sənədlər imzalayıb

Elm və təhsil naziri Emin Əmrullayevin Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə ikitərəfli görüşü baş tutub. Sözügedən görüş zamanı iki ölkə arasında elm sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. […]

Faydalı linklər