04/06/2025
Donor qanına daim artan tələbat şəraitində, xüsusilə də aşağı və orta gəlirli ölkələrdə, süni qan əvəzedicilərinin hazırlanması müasir tibbin ən aktual vəzifələrindən biridir. Nara Tibb Universitetindən (Yaponiya) Hiromi Sakai rəhbərliyindəki tədqiqat qrupu bu sahədə mühüm irəliləyiş əldə edib. Onların hazırladıqları süni qan – istənilən qan qrupu olan pasientlər üçün uyğun olan universal preparat – transfuziologiya sahəsində […]
03/06/2025
İnformasiya ötürülməsi sahəsində əldə edilən son nailiyyət yeni dövrün başlanğıcını göstərir. Belə ki, Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun mühəndisləri standart qalınlıqlı optik lif kabelindən istifadə edərək internet sürətində heyrətamiz uğura imza atıblar. Onlar saniyədə 402 terabit sürətlə məlumat ötürərək dünya rekordunu yeniləyiblər. “MixNews”un verdiyi məlumata əsasən, bu, əvvəlki göstəricini 25 faiz üstələyir. Mütəxəssislərin […]
02/06/2025
Mayın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların alimlərin mükafatlandırılması, ali təhsil müəssisəsinə bərpa və digər mövzularla bağlı müraciətləri dinlənilib. Müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Agentlik rəhbərliyi tərəfindən müəyyən olunmuş qrafikə […]
02/06/2025
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında sonuncu sayı çapdan çıxıb. Bu sayın baş səhifəsində “28 May – Müstəqillik Günündə Azərbaycan, Türkiyə və Pakistanın tarixi görüşü” sərlövhəli geniş icmal təqdim olunub. Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 28 May – Müstəqillik Günü münasibətilə Akademiya əməkdaşlarına ünvanladığı təbrik müraciəti, AMEA rəhbərinin […]
30/05/2025
ABŞ-ın Air Company şirkəti atmosferdəki karbon qazını maye yanacağa – sintetik benzinə çevirən inqilabi Airmade adlı qurğusunu təqdim edib. Soyuducu ölçüsündə olan bu cihaz gündə 1 litrə qədər yanacaq istehsal edə bilir və bunun üçün yalnız hava, su və bərpa olunan elektrik enerjisindən istifadə olunur. Hazırda aviasiya və dəniz nəqliyyatı demək olar ki, tamamilə təbii […]
29/05/2025
Hazırda insanlar artıq hidrogen qazından yanacaq mənbəyi kimi istifadə edirlər və hidrogen karbon emissiyasız iqtisadiyyata nail olmaq üçün açar hesab olunur. Yəni atmosferə karbon qazı emissiyası sıfıra endiriləcək. İndi isə alimlər müəyyən ediblər ki, Yer qabığında təmiz enerji mənbəyi olan o qədər çox gizli hidrogen ehtiyatları mövcuddur ki, bu ehtiyatlar 10 minlərlə il ərzində enerji […]