Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

SOCAR-ın Elm Fondunun 2019-cu il üçün elan etdiyi müsabiqəyə təqdim olunan və texniki ekspertizadan keçən layihələrin siyahısı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu AMEA-da işləyən alimlərə əlavə yaradıcılıq imkanları yaratmaq, fundamental və tətbiqi xarakterli elmi tədqiqat işləri, neft, qaz və neft-kimya sənayesi ilə bağlı innovativ elmi araşdırmaları daha da inkişaf etdirmək məqsədilə 6 may 2019-cu il tarixində müsabiqə elan edib və 4 iyun 2019-cu il tarixində layihələrin qəbulu başa çatıb. […]

E L A N

19.06.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Bolqarıstan Riyaziyyat və İnformatika İnstitutunun akademiki Blaqovest Xrista Sendov «Kompleks çoxhədlilər üçün ekstremal məsələlər» mövzusunda məruzə edəcəkdir. Məruzə kompleks çoxhədlilər üçün ekstremal məsələlərin həllərinin araşdırılmasına həsr olunacaq. Bunun üçün ilk əvvəl çoxhədlinin apolyarlıq anlayışından və klassik Qreys teremindən istifadə edilərək, çoxhədlinin lokusu anlayışı daxil edilir. Lokusların bir sıra xassələri […]

Elmi şuranın iclası keçiriləcək

18.06.2019-cu il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçiriləcək. İclasda aşağıdakı məsələlərə baxılacaq: 1.14 iyun 2019-cu il tarixli “Elm” qəzetində dərc olunan elana əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə namizədin irəli sürülməsi; 2. 19 aprel 2019-cu il tarixli AMEA-nın “Elm” qəzetində dərc olunmuş elana əsasən Riyaziyyat və Mexanika […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutunun aşağıda adları qeyd olunan əməkdaşlarının Elmi Şuranın 18 iyun 2019-cu il tarixli saat 11:00-da keçiriləcək iclasında iştirakları mütləqdir: “Maye və qaz mexanikası” şöbəsi üzrə Böyük elmi işçi – Afət Yüzbaşıyeva; “Funksional analiz” şöbəsi üzrə Böyük elmi işçi – Vüqar Xəlilov, Nazim Vahabov, Aygün Lətifova; Elmi işçi – Aynur Səfərova; “Diferensial […]

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb. Qəzetin birinci səhifəsindəki “Ölkələr arasında münasibətlərin dərinləşməsinə töhfə” məqaləsində AMEA prezidenti, akademik Akif Əlizadənin Çin Xalq Respublikasına səfəri, Çin Sosial Elmlər Akademiyasının prezidenti Sie Fucan ilə görüşü və Pekində keçirilən “Asiya sivilizasiyaları dialoqu” beynəlxalq konfransında dəvətli məruzəçi kimi çıxışı […]

“Spektral parametr həm tənliyə, həm də sərhəd şərtinə daxil olan spektral məsələ” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, professor Nigar Aslanova “Spektral parametr həm tənliyə, həm də sərhəd şərtinə daxil olan spektral məsələ” mövzusunda məruzə edib. Məruzədə ikinci tərtib operator diferensial tənlik üçün spektral parametrin rasional funksiyası sərhəd şərtinə daxil olan məsələdən danışılıb. Bu […]

Faydalı linklər