15 may 2019-cu il, saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi f-r.e.d, prof. Tahir Hacıyev “Kəsilən əmsallı tənliklərin qeyri-hamar oblastlarda həllərinin requlyarlığı” mövzusunda çıxış edəcəkdir. Məruzədə müntəzəm elliptik xətti tənliklərin həllərinin qeyri-hamar oblastlarda hamarlığı xassələrindən danışılacaq. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
13/05/2019
Bu gün Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” mövzusunda məruzə edib. Məruzədə Misir Mərdanov “Məqalə çap etdirməkdə məqsəd”, “Məqalənin faydalı, maraqlı və oxunaqlı olması”, “Əlyazmanın tərtibatı (hazırlanması)”, “Jurnal seçimi, məqaləni seçilmiş jurnala təqdim etmə qaydaları” haqqında geniş ətraflı məlumat verib. Bildirib ki, tədqiqatçının elmi […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., dos. Elman İbrahimovun “Qeqenbauer diferensial operatorunun doğurduğu Riss potensialının ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda məruzəsinin davamı olub. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu Riss potensialının ümumiləşmiş Morri fəzalarında məhdudluğu müzakirə olunub. © Bütün […]
15 may 2019-cu il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Diferensial tənliklər” şöbəsinin əməkdaşı prof. Xanməmmədov Aqil Xanməmməd oğlu “Əlavə xətti potensiala malik olan Şredinger tənliyi üçün səpilmənin tərs məsələsi haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə əlavə xətti potensiala malik olan birölçülü Şredinger tənliyi üçün Qelfand-Levitan formalizminə həsr olunmuşdur. Mənfi sonsuzluqda şərt ödəyən çevirmə operatoru qurulmuşdur. (–∞, […]
13/05/2019
Mayın 10-da AMEA-nın prezidenti, akademik Akif Əlizadə İxtisaslaşdırılmış magistr dissertasiya müdafiə şuralarının sədrləri ilə görüş keçirib. AMEA-nın Əsas binasında baş tutan tədbiri giriş sözü ilə akademik Akif Əlizadə açıb. Alim görüşün ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf etdiyini bildirərək ulu öndərin elm və təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb. Qeyd edib ki, […]
10/05/2019
16 may 2019-cu il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar üçün 1202.01 – Analiz və funksional analiz, 2002.01 -Deformasiya olunan bərk cism mexanikasi ixtisaslarında doktorluq imtahanları keçiriləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.