Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi 28 iyun 2019-cu il tarixində çapdan çıxıb.  

Elmi şuranın iclası keçiriləcək

01.07.2019-cu il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçiriləcək. İclasda şöbələrin yarımillik hesabatları dinlənəcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 3.16-ya qalxıb

Dünyanın ən mötəbər elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics” (əvvəlki “Thomson Reuters”) 2019-cu il üçün illik hesabatını açıqlayıb. Hesabat ötən dövr üçün sözügedən bazanın siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt amillərinin (keyfiyyət dərəcəsi) dinamikası haqqında məlumatı əks etdirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , Azərbaycan Milli Elmlər […]

AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur: – Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış; – Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə; – Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti – 2 nüsxə; – 3×4 […]

AMEA və Fransanın Monpelye Universiteti birgə doktorantura proqramı elan edir

Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Çərçivə Sazişi əsasında birgə doktorantura proqramı elan olunur. Namizədlər eyni zamanda həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcək. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində və 1 ilini AMEA-da […]

“Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Xasay Musayevi 90 yaşı münasibətilə təbrik edirik!

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Xasay İbrahim oğlu Musayevin 90 yaşı tamam olur. Əziz və hörmətli Xasay müəllim! Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun kollektivi və şəxsən öz adımdan Sizi anadan olmanızın 90-illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Siz deformasiya olunan […]

Faydalı linklər