Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılsın: […]

Elmi şuranın iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda 14 iyun 2019-cu il tarixli “Elm” qəzetində dərc olunan elana əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə namizədin irəli sürülməsi məsələsinə baxılıb. Səsvermə yolu […]

SOCAR-ın Elm Fondunun 2019-cu il üçün elan etdiyi müsabiqəyə təqdim olunan və texniki ekspertizadan keçən layihələrin siyahısı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu AMEA-da işləyən alimlərə əlavə yaradıcılıq imkanları yaratmaq, fundamental və tətbiqi xarakterli elmi tədqiqat işləri, neft, qaz və neft-kimya sənayesi ilə bağlı innovativ elmi araşdırmaları daha da inkişaf etdirmək məqsədilə 6 may 2019-cu il tarixində müsabiqə elan edib və 4 iyun 2019-cu il tarixində layihələrin qəbulu başa çatıb. […]

E L A N

19.06.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Bolqarıstan Riyaziyyat və İnformatika İnstitutunun akademiki Blaqovest Xrista Sendov «Kompleks çoxhədlilər üçün ekstremal məsələlər» mövzusunda məruzə edəcəkdir. Məruzə kompleks çoxhədlilər üçün ekstremal məsələlərin həllərinin araşdırılmasına həsr olunacaq. Bunun üçün ilk əvvəl çoxhədlinin apolyarlıq anlayışından və klassik Qreys teremindən istifadə edilərək, çoxhədlinin lokusu anlayışı daxil edilir. Lokusların bir sıra xassələri […]

Elmi şuranın iclası keçiriləcək

18.06.2019-cu il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçiriləcək. İclasda aşağıdakı məsələlərə baxılacaq: 1.14 iyun 2019-cu il tarixli “Elm” qəzetində dərc olunan elana əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə namizədin irəli sürülməsi; 2. 19 aprel 2019-cu il tarixli AMEA-nın “Elm” qəzetində dərc olunmuş elana əsasən Riyaziyyat və Mexanika […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutunun aşağıda adları qeyd olunan əməkdaşlarının Elmi Şuranın 18 iyun 2019-cu il tarixli saat 11:00-da keçiriləcək iclasında iştirakları mütləqdir: “Maye və qaz mexanikası” şöbəsi üzrə Böyük elmi işçi – Afət Yüzbaşıyeva; “Funksional analiz” şöbəsi üzrə Böyük elmi işçi – Vüqar Xəlilov, Nazim Vahabov, Aygün Lətifova; Elmi işçi – Aynur Səfərova; “Diferensial […]

Faydalı linklər