Akademik Mirabbas Qasımovun 80 illiyinə həsr olunan beynəlxalq seminar keçiriləcək
04/06/2019
7-8 iyun 2019-cu il tarixlərində Bakı şəhərində görkəmli riyaziyyatçı alim, akademik Mirabbas Qasımovun 80 illiyinə həsr olunan “Spektral nəzəriyyə və onun tətbiqləri” mövzusunda beynəlxalq seminar keçiriləcək. Tədbir AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrası və Xəzər Universitetinin Riyaziyyat kafedrasının birgə […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Marsinkeviç inteqral operatorun ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə Marsinkeviç inteqral operatorun ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
03/06/2019
№ Fənnin adı Qrup № İmtahanı qəbul edir Tarix 1 Yüksək tertibli xətti tənliklər üçün sərhəd məsələləri 501.1-18 501.3-18 f-r.e.n., dos. Əbdürrəhim Quliyev 07.06.2019 2 Cisimdə mayenin axıdılması 502.1-18 t.e.n., dos. Eldar Abbasov 07.06.2019 3 Sinqulyar inteqralların struktur xassələri, Çoxölçülü sinqulyar inteqral tənliklər […]
31/05/2019
Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun müəllifi olduğu məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Siberian Mathematical Journal” 0.62 yüksək impakt faktorlu jurnalda dərc edilib. “Morri tip fəzalarda həyəcanlanmış eksponent sistemin bazisliyi” adlı məqalədə β-müəyyən kompleks parametr olduqda exp(i(n-βsignn)t), n∈Z, həyəcanlanmış eksponent sisteminə baxılmışdır. Bu […]
31/05/2019
“Mərdəkan” istirahət düşərgəsi AMEA əməkdaşlarının uşaqlarının yay tətilinin səmərəli keçirilməsi üçün yeni mövsümə start verir. Düşərgədə 7-14 yaş arası məktəbli uşaqların istirahəti nəzərdə tutulur. İstirahət müddəti hər biri 14 gün olmaqla 5 növbədə təşkil edilir: – I növbə: 20 iyun – 04 iyul; – II növbə: 7 iyul – 21 iyul; – III növbə: 24 […]
Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, AMEA-nın professoru, riyaziyyat elmləri doktoru İlqar Qürbət oğlu Məmmədov “Kəsr tərtibdən diferensiallama və inteqrallama və onlara aid illustrativ misal və məsələlər” mövzusunda məruzə edib. Məruzədə əvvəlcə, riyazi fizikanın və riyazi biologiyanın tətbiqi əhəmiyyətə malik olan əsas model […]