29 may 2019-cu il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Diferensial tənliklər” şöbəsinin əməkdaşı, professor Hacıyev Tahir Sədi oğlu “BMO əmsallı xətti qeyri-divergent elliptik tənliklərin həllərinin requlyarlığı” mövzusunda məruzə edəcəkdir. Məruzə BMO əmsallı xətti qeyri divergent elliptik tənliklər üçün Dirixle məsələsinin həllərinin requlyarlığının öyrənilməsinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]
24/05/2019
27 may 2019-cu il tarixində saat 10.00-da AMEA-nın Əsas binasının kiçik zalında (H.Cavid prospekti 115, ikinci mərtəbə) Azərbaycan Milli Elmlər Akademiyası və İtaliya Milli Tədqiqatlar Şurası (CNR) arasında birgə elmi və texnoloji əməkdaşliq üzrə müştərək layihə təklifləri ilə əlaqədar məlumatlandırma seminarı keçiriləcəkdir. Görüş zamanı müsabiqə haqqında əlavə məlumat veriləcək və ərizə formasının doldurulması ilə bağlı […]
24/05/2019
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır. Cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək. Bu ildən etibarən AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma […]
23/05/2019
27 may 2019-ci il tarixində saat 15:00-da, 28 May Respublika Günü ilə əlaqədər olaraq Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının Təşəbbüsü ilə Akt zalında Azərbaycan Respublikası III (2005) və IV (2010) çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası […]
24.05.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin magistrantlarının dissertasiya işlərinin müzakirələri aparılacaqdır. 1) Fidan Əlizadə “Heyzenberq qruplarında təyin olunmuş maksimal və kəsr-maksimal operatorların Morri tipli fəzalarda məhdudluğu və bəzi tətbiqləri”; 2) Dünya Əliyeva “Hausdorf operatorunun Lebeq tipli fəzalarda məhdudluğu və kompaktlığı”; 3) Elvin Sadıqov […]
24 may 2019-cu il, saat 13:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarında şöbənin magistrantı Aişən Veyis qızı Məmmədovanın “Elliptik-parabolik tənliklər üçün bir sərhəd məsələsinin həlli” mövzusunda çıxışı olacaqdır. Çıxışda elliptik-parabolik tənliklər üçün bir sərhəd məsəsləsinin həlli haqqında danışılacaq. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.