Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

AMEA-nın “Elm” qəzetində 19 aprel 2019-cu il tarixində dərc olunmuş elana əsasən Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları müsabiqədə  iştirak etmək üçün sənədlərini təqdim etmişlər: “Maye və qaz mexanikası” şöbəsi üzrə Böyük elmi işçi – Afət Yüzbaşıyeva; “Funksional analiz” şöbəsi üzrə Böyük elmi işçi – Vüqar Xəlilov; Böyük elmi işçi – Nazim Vahabov; Böyük elmi işçi […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi 17 may 2019-cu il tarixində çapdan çıxıb.

“Proyeksiya–şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun  “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Elnur Həsən oğlu Xəlilov “Proyeksiya–şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda məruzə edib. Məruzədə səth üzrə bəzi sinif […]

Magistraturaya qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək. Ölkənin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar (68, 69 və 70 nömrəli qəbul proqramlarını seçənlər istisna olmaqla) “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır. Mənbə: www.elm.az

“Optimal idarəetmə nəzəriyyəsində Pontryaginin maksimum prinsipinin bəzi ümumiləşmələri” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda riyaziyyat üzrə elmlər doktoru, dosent Şakir Yusubov “Optimal idarəetmə nəzəriyyəsində Pontryaginin maksimum prinsipinin bəzi ümumiləşmələri” mövzusunda məruzə edib. Məruzədə Pontryaginin məlum maksimum prinsipinin gücləndirilməsi və ümumiləşməsi istiqamətində bəzi nəticələr şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

“Kəsilən əmsallı tənliklərin qeyri-hamar oblastlarda həllərinin requlyarlığı” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi f-r.e.d, professor Tahir Hacıyev “Kəsilən əmsallı tənliklərin qeyri-hamar oblastlarda həllərinin requlyarlığı” mövzusunda çıxış edib. Məruzədə müntəzəm elliptik xətti tənliklərin həllərinin qeyri-hamar oblastlarda hamarlığı xassələrindən danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər